adalet.az header logo
  • Bakı 7°C
15 Iyul 2018 20:54
13415
İDMAN
A- A+

Fransa dünya çempionu oldu - Yenilənib

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının final oyunu başlayıb.

Adalet.az xəbər verir ki, Moskvadakı "Lujniki” stadionunda Fransa və Xorvatiya milliləri qarşılaşırlar. Oyunu argentinalı referi Nestor Pitana idarə edir.

Fransa millisinin heyətində meydana Uqo Loris, Samuel Umtiti, Rafael Varan, Benjamen Pavar, Luka Ernandes, Pol Poqba, Nqolo Kante, Blez Matuidi, Antuan Qrizman, Kilyan Mbappe və Olivye Jiru çıxıblar.

Xorvatiya yığmasının start heyətində isə meydana Daniel Subaşiç, İvan Striniç, Domaqoy Vida, Deyan Lovren, Şime Vrsalko, İvan Perişiç, Marselo Brozoviç, İvan Rakitiç, Luka Modriç, Ante Rebiç və Mario Mandzukiç yer alıblar.

***
Oyunun 17-ci dəqiqəsində Xorvatiya millisinin üzvü topu öz qapısından keçirib. Fransa avtoqolla hesabda önə keçib.

***

Final matçında hesab bərabərləşib. 28-ci dəqiqədə Xorvatiya millisinin cavab qolu qeydə alınıb.

***
Antuan Krizmanın 38-ci dəqiqədə penaltidən vurduğu qolla Fransa millisi yenidən hesabda önə keçib -2:1.

***

Final oyunu başa çatıb. Fransa Xorvatiyanı 4:2 hesabı ilə məğlub edərək dünya çemionu titulunu qazanıb.