adalet.az header logo
  • Bakı 7°C
16 Iyul 2018 09:26
8562
İDMAN
A- A+

Dünya çempionatının ƏN YAXŞILARI

Dünya çempionatı bombardiri də müəyyənləşib. 

Adalet.az xəbər verir ki, İngiltərə yığmasının hücumçusu Harri Keyn "Qızıl buts” mükafatına layiq görülüb. O, 6 qolla birinci olub.

Xorvatiya yığmasının kapitanı Luka Modriç dünya çempionatının ən yaxşı futbolçusu seçilib. Finalda qazandıqları gümüş medaldan sonra Modriç "Qızıl top”u da qazanıb.

Fransa yığmasının futbolçusu Kilyan Mbappe isə mundialda fərdi mükafat da qazanıb. Dünya çempionu olan 19 yaşlı futbolçu 2018-ci il mundialının "ən yaxşı gənc futbolçu” adına layiq görülüb.

Dünya çempionatının ən yaxşı qapıçısı da müəyyənləşib. Belçika ilə dünya üçüncüsü olan qolkiper Tibo Kurtua bu mükafata layiq görülüb.