adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Iyul 2018 14:19
3812
HADİSƏ
A- A+

Gəncə hadisələrinə görə daha 7 nəfər tutuldu

İyulun 10-da Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, o cümlədən axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilib.

Adalet.az xəbər verir ki, hüquq mühafizə orqanlarından bildirilib ki, 10 iyul hadisələrinə görə ümumilikdə 22 nəfər həbs edilib. Bir nəfər ötən gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.

Eyni zamanda, məlumata görə, iyulun 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs edilib. 8 nəfər barəsində isə axtarış elan olunub.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.