adalet.az header logo
  • Bakı 7°C
15 Iyul 2018 12:57
7070
HADİSƏ
A- A+

Dənizdə batan 5 nəfər xilas olunub

Bu gün dənizdə batma təhlükəsi ilə üzləşmiş 5 nəfər xilas olunub.

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Zağulba-3 və Qızılqum sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 5 nəfər xilas olunub.