adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 Iyul 2018 12:29
6348
HADİSƏ
A- A+

İkinci kurs tələbəsi dənizdə batıb

Xəzər dənizində növbəti boğulma hadisəsi baş verib.

1999-cu il təvəllüdlü Qaraçobanlı Zülfi Rasim oğlu Bakı şəhərində dənizdə çimərkən batıb. Onun meyiti dənizdən çıxarılaraq ailəsinə təhvil verilib.

Məlumata görə, Z.Qaraçobanlı Bakıdakı ali məktəblərdən birinin II kurs tələbəsi olub. Faktla bağlı araşdırma aparılır. (Report)