adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Iyul 2018 14:38
10115
MƏMLƏKƏT
A- A+

Nazirlikdən çimərliklərə getmək istəyənlərə XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyibazar günüçimərliyə getmək istəyənlərə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Adalet.az-a verilən məlumata görə, iyul ayının 15-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək vəə külək arabir güclənəcək.

Abşeron çimərliklərində suyun temperaturuna gəlincə, iyulun 15-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyatlı olsunlar.