adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
14 Iyul 2018 11:36
25127
TEXNOLOGİYA
A- A+

“Twitter” 7 milyon izləyici itirdi

"Twitter"-in saxta hesabları müəyyən edərək izləyici siyahısından çıxarması maraqlı hadisələrə yol açıb.

Adalet.az xarici mediaya istinadən xəbər verir ki, saxta hesabların müəyyən edilərək izləyici siyasından çıxarılmasından sonra bir çox dünya ulduzu 2 milyon izləyici itirib.

Beləki, "Twitter"-in ən çox izləyici sayına malik istifadəçisi Keti Perrinin izləyiciləri təxminən 2.5 milyon azalıb. Keçmiş ABŞ prezidenti Barak Obamanın izləyici sayı isə 2.1 milyon azalıb.

Qeyd edək ki, son dövrdə saxta xəbər və istifadəçilərə qarşı həyata keçirdiyi tədbirlərdən sonra "Twitter"-in rəsmi hesabının izləyici sayı 7.7 milyon azalıb.