MƏNƏ DƏNİZ... VERMƏYİN!

FƏRİDƏ RƏHİMLİ
22002 | 2018-07-13 18:16

Bu ilin istilərianomal yox, daha çox anormaldır! - kimi səslənsə daha doğru olar. Uzun illərdənbəri belə istilərin olduğunu xatırlamıram. İstidə ilk yada düşən isə su olur -istər içmək üçün, istərsə də yuyunmaq, sərinləmək üçün. Bizdə isə çayların bol,dənizin ən yaxın olduğu halda bu keyfiyyətlərdən məhrumuq.

Yer üzünün sərvətiylə,möcüzələriylə, təbabətiylə, adət-ənənəsiylə, mətbəxiylə və s. seçilən, tanınanguşələri var, amma ən birinci insanı cəlb edən o yerin təbiətinin gözəlliyiolur. ilk ona qiymət verilir. Bəzən çox gözəl təbiəti olan belə bölgəni"Nağıllardan çıxmış", "Yerüstü cənnət", "Möcüzə","Allahın lütfü" və sair adlandırırlar. Azərbaycan da belə gözəlliklərdiyarından bir parçadır. Doqquz iqlim qurşağının verdiyi imkanlar bu balaca ölkədədağ da, meşə də, çay da, dəniz də, düzənlik də, hətta səhra da görməyə imkanverir. Və zaman-zaman həm bu gözəlliyi, həm də bu gözəlliyə zəngilnik qatanyeraltı, yerüstü sərvətlərimiz üzündən xalqımızın başı çox çəkib. Çəkib,yadellilərdən, amma sapı özümüzdən olan baltaların kəsdiyi yer daha çox acıverir...

Bugünkü yazımınsəbəbi də gözəlliklərdən bəhs etmək deyil, bu gözəlliklərə həsrət qoyulmağımızhaqdadır.

Türkiyənin ən gözəl guşələrindən biri Qaradənizdə- Trabzonda olarkən, təbiətin bəxş etdiyigözəlliklərin necə səxavətlə insanların ixtiyarına verildiyini seyr etdikcə,Allahın bizə verdiyi nemətlərin necə insafsızcasına əlimizdən alındığınıdüşündüm və illərlə əsəblərimi tarıma çəkən bu duruma bir daha qeyzləndim.

Batumidən Türkiyəyəkeçən Sarpdan tutmuş, Hopa, Rizə, Çayeli, Of, Trabzon, Akçaabad, Samsun, Gezre,Görele, Giresun, Ordu, Sinop... Qaradəniz boyu ta İstanbula qədər uzanıb gedənbu gözəlliklər orada yaşayanların özlərinə məxsusdu. Bəli, dəniz də, meşə də,dağ da...hər şey xalqın ixtiyarındadı.

Yolboyu dənizinsahilində keçən yolçuların dayanıb istirahət etmələri üçün hər şəraityaradılıb, - taxtadan tikilmiş, günəşdənqorunmaq və yemək üçün kiçik "evciklər" və dənizə girə bilmək üçün şərait, təmiz, bol narın qum. Ərzincandarastlaşdığım mənzərə isə mənim üçün (bəlkə çoxları üçün!) əsl möcüzə idi. Böyüksahəli, hər bir gözəlliyi ilə istirahət üçün yararlı, yaşıl parkın əsas özəlliyionda idi ki, bu parkın ətrafında üç möcüzəli su axır - biri acı, biri turş,biri kükürdlü. Turş su təbii qazlı sudur və butulkaya doldurub, qapağını açarkənbizdə satılan süni hazırlanmış qazlı sulardan daha təzyiqlidir. (Qazlısularımızı açanda hər dəfə ağlıma ilk gələn "Dərviş Parisi partladır"filmindəki: Oğlan, bu qədər də barıt qoymaq olar?- olur). Həm bu suda böyrəkdaşını düşürmə özəlliyi var (bunu özümdə sınadım). İkinci acı su burun, boğazyolları iltihabını təmizləyir. Burnuma çəkməyi tövsiyə etdilər. Doğrudu, beyniməqədər yandırdı, amma anında nəfəs almamda elə bir dəyişiklik hiss etdim ki.Üçüncü kükürdlü su isə dəri xəstəliklərinin - qoturun, dəmrovun, ekzemanın vəbaşqa dəri xəstəliklərinin ən təbii müalicəsi üçün yararlıdı. Hər üç suyun özünəməxsus rəngi var.

O suyu seyretdikcə ilk ağlıma gələn bu oldu: "Nədən buranın "imkanlıları"bu parkı, heç olmasa bu suları hasarlayıb, milyardlar qazanmırlar?".

Amma yelilərdənbir az başqa cür soruşdum: Nədən bütün gün axıb israf olan bu sulardan dövlətistifadə etmir? Cavab əvəzinə mənə parkın ortasındakı bir lövhəni göstərdilər.Lövhə Rumi 1341-ci il tarixdə yapılmış və1932-ci ildə Ərzincan valisi Ali Kamalin təşəbbüsü ilə vurulmuşdu vəorada bütün təbii sərvətlərin xalqa məxsus olduğu bildirilirdi.

Bəli, bu yazıda əsasməqsədim də budu, dövlətə məxsus olan sərvətin həm də xalqa - bizə, mənə, sənə,ona məxsus olması lazım olduğunuhayqırmaq! Hələ başqa sərvətləri demirəm...

Rayondan gələrkən Ələt, Qobustan, Qaradağ ərazisində dəniz boyuhasarların çəkildiyini görməmiş deyilsiniz. Bu hasarlar, hasarların içindəki zənginvillalar xalqın malını insafsızca mənimsəyərək onları bu gözəllikdən,rahatlıqdan təcrid edənlərin özbaşınalığını,gözgörəti qanunlarımızı saymamalarını ifadə edir. Onların el arasındadeyildiyi kimi, "dədələrinin malı kimi" istifadə etdikləri burahatlıqda milyonların haqqı var. Başqalarının haqqıyla lüks həyat sürənlər,siz ayağınızın altına xalqı qoyub o hasardan boylana bilərsiniz. Bəs biz necəgörək dənizimizi?

Türkan, Hövsan,Novxanı (nisbətən), Corat... görmədiyim başqa sahillərdə də - hər tərəfdə dənizhasarlanıb, yaxud çimərliklər özəlləşdirilib və oraya daxil oldunmu, heç birşey yeyib-içmədən də boş masada oturma haqqı olaraq müəyyən məbləğ ödəməlisən.

Bir karikaturavardı xalq çöməlib, belindəkilər üst-üstə ucalır, xalq dözür, sonra səbr kasasıdolanda ayağa qalxır və o yüksəkdəkilər kəllə-mayallaq aşağı yuvarlanırlar. Buyuvarlanmaları tez-tez görürük, ölkə rəhbəri onlara layiq olduqları cəzanıverir.

Siz kimsiniz?Özünüzü hansı xalqa məxsus hesab edirsiniz?

P.S. Dəfələrləyüksək instansiyaların xəbərdarlığına baxmayaraq hasarlar nəinki sökülür, həttabir az da ucaldılır.


TƏQVİM / ARXİV