Əbülfət MƏDƏTOĞLU: ARXAMCA BİR QƏBİR BAXDI...

ƏBÜLFƏT MƏDƏTOĞLU
45918 | 2018-07-13 18:13

Bəzən doğulduğumüçün, yaşadığım üçün özümün özümdən zəhləm gedir. Az qala yerə-göyə asi düşməkistəyirəm... az qala hamını bezdirmək, hamını sancmaq, hamını əsəbiləşdirmək durumunadüşürəm. Lap açığı desəm, özümdən də, yaşamağımdan da bezirəm, yoruluram...Bunları pafoslu sözlər hesab etməyin. Düşünməyin ki, yəqin yenə hansısa damarımtapdanıb, kimsə mənə qarşı ögeylik numayiş etdirib, haqqımı tapdayıb... Xeyr, mənonsuz da belə məqamlara alışmışam, adətkarda olmuşam. Ətrafımdan, cəmiyyətdən,doğmalardan, dostlardan, qohum-qonşudan o qədər soyuq baxışlar, laqeyd münasibətlər,haqsızlıqlar görmüşəm ki, bir növ bunu həyatımın norması hesab etmişəm.Anlamışam ki, hamı hər kəs üçün eyni ölçüdə, eyni düşüncədə, eyni yanaşmada olabilməz. Əgər olsa, onda dünyanın dadı-duzu tamam qaçar... Eyni boz rəng gözləriyorar, ümidsizlik yaradar və insanlar da daha çox tərkidünyalığa könül verərlər...

Bəli, bütün budediklərim, bu yazdıqlarım əslində dünyanın özünə və yaxud da taleyimə, bəxtiməolan küfr deyil. Sadəcə və sadəcə gerçəkliyə, yaşama qarşı bir dözümsüzlükdü,bir üsyandı. Axı bütün yolların sonu olduğu kimi, bütün işlərin yekunugöründüyü kimi, bütün düşüncələrin sonu bəlli olduğu kimi, mənim də bu dünyada,bu həyatda taleylə, bəxtlə yol-yoldaşlığımın bir sonluğu olmalıdır. Və mənbaxıb, görüb bilməliyəm ki, bu tale, qismət məni haraya və niyə çəkib aparır vəümumiyyətlə nəyin sorağındayam, mən nə istəyirəm, nə arzulayıram, nə axtarıram,məni nə gözləyir? Bu ardıcıl sözlər özü-özlüyündə bir sualdır və özü-özlüyündədə mükəmməl və konkret bir cavab gözləyir. Təəssüf ki, 55 yaşımın bir gözqırpımında dayandığım məqamda da mən o cavabları tapa bilmirəm.

Elə bilməyin ki,düşücəm, dünyagörüşüm kasaddı, anlayışlı deyiləm, yozum edə bilmirəm, çözümtapmıram. Yox, belə deyil. Əslində bəlkə də mən dünyanı daha çox anlayıram,taleylə, qismətlə daha çox barışıram. Buna görə də dünya da, tale də, qismət dəməni üzüyola, sözəbaxan uşaq kimi qəbul edib. Necə deyərlər, yola verir. Yoldemişkən...

Hə, ömür əslindəbir yoldur. Ancaq həmin ömür yolu hər kəs üçün fərqli-fərqlidir. Kimi göy çəmənlikdənkeçir, kimi səhradan, kimi tozlu-torpaqlı yoldan, kimi kol-kos içindən, kimi dədaşlı, qayalı, çınqıllı ərazilərdən... Amma ən qəribəsi odur ki, bu yollarınhamısında ləpir izi qalmır. Çünki o yol sahibi öz məqsədinə, öz amalına doğru hərəkətedəndə Allahın sevdiyi və Allahını görüb yola çıxdığını ifadə edən kəsləri ləpirsahibi kimi, iz sahibi kimi naxışlayır yollara. Yəni mənim üçün birmənalı qəbulolunan həqiqət budur ki, içində Allah sevgisi, başının üzərində Allah olan, əqidəsisaf, düşüncəsi və ürəyi eyni kök üzərində köklənmiş insanların izi qalırdünyada, onların yolları xatırlanır, onların yolları işarələnir tarixinyaddaşına. Qalanlara isə...

Məncə, nə isədeməyə ehtiyac yoxdur. Sadəcə, anlamaq lazımdır ki, yolçu da hər adam olmur.Sözün böyük mənasında yolçu ümidə, işığa doğru gedəndi. Amma yolçuluq edənlərisə dilənənlər, əl açanlardı. Ən qorxulusu da, elə əl açanlardı. Allaha yox ha,insana, bəndəyə - özü də fərq qoymadan, ağına-bozuna baxmadan, əqidəsini bilmədən,məsləkindən xəbərdar olmadan... Bax, rəhmətlik Qabil demiş, onda müsibət oluruqbiz!

İndi ətrafımdabaş verənləri, gördüklərimi, eşitdiklərimi elə bil kino lenti kimi gözümünönündən keçirirəm. İstəyirəm ki, öz yolumu, öz izimi, öz ləpirimi həmin oolanların içərisində axtarıb tapım. Ancaq mümkün olmur, ona görə ki, həminolanlar, həmin o çevrəmdə müxtəlif baxışlarla, müxtəlif düşüncələrlə, müxtəlif əqidələrlə,müxtəlif mövqelərlə bir camiyə təşkil edənlər əslində kütlə imiş. Kütlə isəözü-özlüyündə, ən yaxşı halda "uraa!" qışqıra bilirəm. Amma mənim oyaşım keçib. Mən qışqırmaq fikrində deyiləm və heç olmamışam da. Özüm bildiyim,özüm dərk etdiyim çətinliyinə, əziyyətinə, hətta uğursuzluğa apardığınıbildiyim yolla getmişəm, gedirəm və ömür vəfa etsə, gedəcəm də. Ömür demişkən...


Mənim ola bilmədin

Bəlkə də istəmədin

Bəlkədə... yox!

Səninola bilmədim

Bəlkədə çox istədim


Bəlkədənçox!..

Mənimola bilməyən

Səninola bilənin

Bəlkədənasılı qalıb!..

Bəlkədə...


Bəlkədə bu səbəbdən

Tərəddüdləredirsən

Ölüm səndənaldığın

Ziyarətə gedirsən?!-

Bəlkə də yox...


***

Dayandığım yerQarabağın aran hissəsidi. Bu nöqtədən mənim kəndimə uzağı 50-55 km bir məsafəvar. Dan yerinin sökülən vaxtı idi. Günəşin ilıq nəfəsi dağların arxasındanboylanmağa başladığı bir vaxtda mən də gözümü zilləmişəm kəndim olan istiqamətə.Dağın döşündəki evlər qara nöqtələr kimi görünür. Necə maraqla baxdığımı hiss edənzabit dostum sürücüsünə göstəriş verir, maşından binokl gətirirlər... Və onugözlərimə yaxınlaşdırıram. İndi kəndimlə mənim aramdakı məsafə hardasa 5-3 dəqiqəlikqaçış uzunluğundadı. İlahi, insan niyə bu qədər zalımdı, zülkardı, dağıdıcıdı.Axı evi də, abidəni də, yurd-yuvanı da, bir sözlə, gözümüz görən nə varsa, onunyüzdə doxsan doqquzunu insan yaradır, insan tikib qurur. Bəs onda öz tikdiyini,öz ucaltdığını niyə belə amansızcasına yandırıb, dağıdıb kül edir? Anlayabilmirəm. Başa düşə bilmirəm ki, daşın, divarın, ağacın, otun, quşun nə günahıvar? Niyə biz mütləq dağıtmalıyıq, kəsib doğramalıyıq, öldürməliyik,yandırmalıyıq? Məgər bunsuz mümkün deyil? Məgər işğal olunmuş kəndin evləritikildiyi kimi, ucaldığı kimi qalsa dünyaya, insanlığa qüsur gətirər? Bəlkədağıtmaq nəyisə dəyişir, nəyisə yaxşıya doğru aparır. Yenə baş aça bilmirəm. Eləbaş aça bilmədiyim bir halda da həmin o boyüdücü binokulla kəndimi öz təxminimləev-ev gəzirəm. Birdən gözüm kəndin ən uca yerindəki qəbiristanlığa sataşır.Orda babalarım yatır, nənələrim yatır... Orda Azərbaycan tarixində unudulmazimzası olan "Qarabağnamə" müəlliflərindən biri kimi tanınan alim,yazar, müəllim Mirmehdi Xəzani yatır... Orda şəhid doğmalarım uyuyur. Və mən oməzarları səngərin bu biri üzündən gözdən keçirirəm. Məzarları görmək mümkündeyil. Kol-kos, vəhşiləşmiş təbiət elə bürüyüb ki, məzarları, sanki onlarıqorumağa, hifz etməyə çalışır. Və mən bu kol-kosun qəbirlərə olan ehtiramıqarşısında susuram. Axı onlar indi məndən daha güclü, daha qətiyyətli görünürlər...indi onlar həmin məzarları qoruyurlar, ziyarət edirlər, axşam səhərini birlikdəaçırlar. Mən isə...

Əslində mən isəöz xəyallarımla, xatirələrimlə və hərdən də yuxularımın qonağı olan müxtəlif məqamlarlabaş-başa qalmışam. İnsan nə qədər xəyalla, xatirəylə təsəlli tapar, anlayabilmirəm. Sadəcə, həmin məqamda anladığım bircə odur ki, sən demə insan dağdanda, daşdan da, dəmirdən də, bir sözlə sərt nə varsa hamısından güclüdür,dözümlüdür. Ona görə də dözür və dözdüyü qədər də içində əriyir, içində şamkimi sozalır. Onu kənardan görmək mümkün olmur və yaxud da görmək istəyənlərtapılmır. Bax, belə bir anda da bayaqdan diqqətimin ilişib qaldığı Mirmehdi Xəzanininqəbirüstü günbəzinin lap dibində bitmiş xan çinarın necə böyüdüyünü seyr edirəm.O çinarı sonuncu dəfə 1991-ci ilin oktyabr ayının sonunda görmüşdüm. Onda çinartəzəcə günbəzə boy verirdi, təzə-təzə onun budaqları günbəzin üzərinə kölgəsalırdı. Amma indi üstündən 27 il keçəndən sonra o çinarın necə əzəmətliolduğunu görüb və ona o qədər uzaqdan və bu qədər daxili bir sarsıntı iləbaxmağın nə demək olduğunu mən ifadə edə bilmirəm. Məhz ona görə də deyirəm ki,insan dağdan-daşdan dözümlüdü. Təəssüf ki, biz dözümə yaman öyrəşirik, yaman vərdişedirik. Vərdiş də ki, insanı heç də həmişə uğura, yaxşılığa aparıb çıxarmır...


Dolaşıq düşəngünlərin

Kələfin çözmək çətindi...

Dərdinyumruqları altda-

Dayanıb dözmək çətindi!


Kimdi sinəsinədöyən?

Uşaq kimi özünöyən...

Kimə dəysə mənədəyən -

Bilər ki, dözməkçətindi!..


Nağıl danışmaqasandı

Demə, ağıllısusandı...

Kimlər yalandanusandı -

Bilər ki, dözməkçətindi...


***

Hə, yazımın əvvəlindəbir qəribə söz oyunu oynatmaq istədim, daha doğrusu, özünü kökləmək istəyənaşıq kimi var-gəl etdim. İstədim ki, dünyanı da, yolları da, insanları da, çevrəmidə, öz iç dünyamı da, haqlı-haqsız olduğumu da, bir sözlə, görünən, duyulan nəvarsa hamısını bir yazıda, bir sim üstdə pıçıldayım. Bilmirəm alındı, yoxsayox, amma...

Dağlıq Qarabağındövlət fond torpağı olan və bu gün Xocavənd rayonunun bir neçə qəsəbəsinin,icra strukturlarının yerləşdiyi Haramı düzündə özümlə üz-üzə qalanda əvvəldəyazdıqlarımın hamısını ürəyimdən, ağlımdan keçirdim. Bu da səbəbsiz deyildi.Çünki köhnə qəbiristanlığını kol-kos basmış qədim Tuğ kəndinin Haramı düzündə təzəbir "nusxəsi" də dünyaya gəlib. Bunu da insanlar yaradıb. Evlərtikib, ağaclar əkib - adını da Yeni Tuğ qoyublar...

Bu Yeni Tuğunyeni bir qəbiristanlığı da var. O da Haramı düzündədi. Burda da mənə doğmainsanlar uyuyur. Həmin insanların başdaşlarını gözdən keçirirəm, doğum, ölümtarixlərinə baxıram və fikirləşirəm:

- İlahi,insanlar nə yaman az yaşayırlarmış?!

Burdakı qəbirlərinüzərində göstərilən tarixlərə baxıb hesablama aparanda 15-16 yaşından üzüyuxarı bu dünyada 25 il, 30 il, 40 il yaşayan həmkəndlilərim köç ediblər. AmmaQarabağ savaşından öncə kəndimizdə dünyasını dəyişən insanların orta yaşı 60-65olurdu. Biz 60-65 yaşında dünyasını dəyişənlər üçün dəhşətli dərəcədəüzülürdük. Az qala bütün kənd həmin mərhumu böyük sıxıntılarla, böyüksarsıntılarla son mənzilə yola salırdı, hamı ağlayırdı. İndi isə Yeni Tuğdadünyasını 30-35 yaşında dəyişənlər üçün az qala doğmalardan başqa kimsə gözyaşı tökmür. Sanki insanlar çevrələrindəkinin bu yaşda ölümünə də adət ediblər.Bunu da təbii qəbul edirlər. Bax elə buna görə mən vərdişin necə pis bir işolduğunu təkrar-təkrar yazıram.

Biz ölümə də vərdişedirik... biz ölən üçün də ağlamağı yavaş-yavaş unuduruq. Amma unutmadığımız,lap dəqiq desəm, Tuğ kəndində etmədiyimiz nələr varsa, onları rahatlıqla həyatakeçiririk. Yaslarımızda süfrə bəzəyirik, çeşid-çeşid şirniyyatdan meyvələrə qədər.Yas süfrəsi az qala toy süfrəsi kimi təmtəraqlı olur. Bu Yeni Tuğun qaydasıdı,ona hamı canıyla, başıyla əməl edir. Köhnə Tuğda isə bu qaydalar heç kiminyadına da düşmürdü, ağlına da gəlmirdi və heç kim də yas məclisini toy məclisinəbərabər tutmağı vərdişə çevirmirdi. Bu gün isə...

Yeni Tuğun yeniqəbiristanlığı. Qəbirlər nizamlı, səliqəli, ətraflarının ot-ələfi təmizlənib...Bir qəbir də qazılır. Bu ünvanın bir sakini də artır. Əslində son bir ayda bu kəndartıq beşinci sakinini itirir, özü də müxtəlif yaşlarda. Neyləmək olar, bu dabelə bir yazıdı, bu da belə bir taledi, biz də onu yaşamağa məhkumuq. Ona görədə məhkumluğumuzu da yavaş-yavaş vərdişə çeviririk.


Yenə ağrılı birgün

Yenə qəmə əsirəm

Mən özinadlarımla -

Kəndirimi kəsirəm!


Əlim, qolumboşalır

Yolum, izimsilinir

Saçını sər üzümə

Yoxsa dərdimbilinir!


Bəbəklərim lillənir

Gözləriminsuyundan

İynə ucu işıqver -

Tutub çıxımquyudan!


... Hə, son günləriminçox qəribə məqamları oldu. Təzə-təzə çalarlar da, təzə-təzə münasibətlər də, təzə-təzəkeyfiyyətlər də, təzə-təzə sifətlər də üzə çıxdı. Və anladım ki, mənim köhnə, qədimbildiyim dünya əslində sən demə, hər məqam üçün, hər sifət üçün yeni imiş, təzəimiş. Ona görə də arxamca baxan o qəbrə təzə dünyada "xoş gördük və əlvida!"deməkdən başqa ağlıma heç nə gəlmədi. Onsuz da bu dünya məndə ağıl qoymayıbki...


TƏQVİM / ARXİV