adalet.az header logo
  • Bakı 7°C
14 Iyul 2018 11:52
27039
GÜNDƏM
A- A+

Aqil ABBAS: ƏYİLDİM TORPAĞA, ÖPDÜM TORPAĞI…

İyulun 11-də «Space»də «Səhər» proqramında ustad sənətkar Ağalar Bayramovla xalq artisti Teyyub Aslanov qonaq idi. Ağalar Bayramov böyük şairlərimizdən şeirlər oxudu, çox maraqlı bir çıxış elədi. Ümumiyyətlə, proqram çox əla alınmışdı. Proqrama da öz gözəl səsi ilə Teyyub Aslanov möhürünü vurdu.

Sözləri və musiqisi Xanım İsmayılqızıya aid olan «Ömrüm asılan ip» kimi möhtəşəm bir mahnını Teyyub Aslanov möhtəşəm də ifa elədi. Son zamanlar musiqidən bu qədər zövq almamışdım. Səhər-səhər, yorğunluq, əsəb, problemlər – bu gözəl mahnı və gözəl ifa…

… Vaqif Cəbrayılzadənin şeirlərinin birində belə bir yer var:

Əyildim torpağa,

öpdüm torpağı

qalxdım təzə adam tək.

Mən də səhər-səhər:

Əyildim musiqiyə,

öpdüm musiqini

evdən çıxdım təzə adam tək.

Təşəkkürlər Xanım İsmayılqızı və Teyyub Aslanova.

Yaşadığınız günün adı həyatdı,

Bu mahnı sizi ürəklərə atdı!