adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 Iyul 2018 16:44
10356
ƏDƏBİYYAT
A- A+

Gəldim

Mən

Sən dünyanın harasında

Olsan, orda taparam mən.

Məhəbbətin sarayını,

Eşqim ilə yaparam mən.

Mənim gözəl, mənim göyçək,

Ürəyimdə açan çiçək.

Saşlarına dəysə külək,

Yeri göyə qaldıraram mən.

Xanım Sevər havasında,

Telli sazın laylasında,

Gözlərinin dəryasında

Boğularam mən

***

Gəldim

Dostlar, bu gün xoş ovqatla

Sizinlə görüşə gəldim.

Əhvalımı yar yoldaşla

Bölüşə-bölüşə gəldim.

Pozulmasın haqqı salam,

Uzaq olsun fitnə, yalan.

Bu gün bizə hakim olan

Sevinclə, gülüşlə gəldim.

Arzu, murad diləməkçün,

Xoş təbəssüm şiləməkçün,

Sizi məmnun eləməkçün,

Mən bu xeyir işə gəldim,

Sizinlə görüşə gəldim.