adalet.az header logo
  • Bakı 7°C
28 Oktyabr 2018 11:59
40809
MARAQLI
A- A+

Sirk tarixində baş vermiş ən dəhşətli qəzalar

Sirk təkcə əyləncə və səsli gülüşlər deyil. O, bəzən də faciədir. Artistlər tamaşaçıları əyləndirmək üçün təkcə sağlamlıqlarını deyil, həyatlarını da təhlükəyə atır və bu bəzi hallarda təhlükənin qarşısını artistin peşəkarlığı belə ala bilməz. Sirkdə baş vermiş ən dəhşətli qəzalardan bir neçəsini sizinlə paylaşırıq.

Zərərsiz heyvanlar belə, verilən işgəncələrdən sonra özünü qeyri-adekvat apara bilər. Nümunə olaraq arenada performans gedişatında Aleksandr Terexovu ölümünə əzib keçən fili göstərmək olar.

Sakit bir heyvanı vəhşiyə çevirən sirk

...yırtıcı heyvana necə təsir edər sizcə? 2003-cü ildə Odessa teatrında pələng məşqçi Snejana Dautovaya hücum etmişdir. Məşqçi hadisə yerində keçinmişdir. Yəqin ki, pələngin gələcək həyatının da necə olacağını təxmin edirsiniz..

Pələnglərlə bağlı bir faciə daha

2012-ci ildə Meksikada sıradan bir performans nümayiş olunurdu. Pələng artistin şalvarını cırırdı. Hər şey yaxşı davam edərdi, əgər pələngin bu hərəkəti performansın bir parçası olsaydı.. Növbəti anlarda pələng tamaşaçıların gözü önündə artisti parçalamağa başladı. Sirkə bilet almısınız deyirsiniz?

Balinalar delfin kimilər ailəsinə daxil olsa da, yırtıcı heyvanlardır. Kanadalı Don Braşno bu həqiqəti unutmuş və Tilikumla ortaq dil tapdığını düşünürdü.. Bir tamaşa zamanı Tilikumun onu saçından tutub, suyun altına apardığı günə qədər. Aldığı çox saylı xəsarətlərdən dolayı Don Braşnonun yaşamaq şansı qalmamışdı.

Xəstəxanaya çatdırılarkən, yolda həyatını itirdi

Dünyanın ən məşhur sirki olan "Cirque du Solei” də belə faciə baş vermişdir. Sarah Guyard-Guillotu sığorta kəməri həyatından etdi. 15 metr yüksəklikdən aşağı düşən akrobat xəstəxanaya çatdırılarkən, yolda həyatını itirdi.

Krasnodar sirklərinin birində performans ssenariyə əsasən davam edirdi. At çapan artist yerdən bir əşyanı götürüb, dərhal yenidən ata minməli idi, lakin nələrsə tərs getdi. Anastasiya Maksimova yenidən ata minə bilmədi və at onu arenada bir neçə dairə vuraraq işçilərin köməyi ilə dayandırıldı. Anastasiya aldığı çox saylı xəsarətlərdən sonra həyatını itirdi.