adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
13 Iyul 2018 15:49
10085
GÜNDƏM
A- A+

“Bizə qarşı çirkin kampaniyalar aparılır” - Prezident - VİDEO

"Bizim müstəqillik tariximizdə Azərbaycana qarşı təxribatlar törədilib. O cümlədən, silahlı təxribatlar, terror aktları, dövlət çevrilişlərinə cəhd olub. Onların biri də baş tutmayıb. Bunun başlıca səbəbi ondan ibarətdir ki, Azərbaycanda xalq-iqtidar birliyi var”.

Bunu Prezident İlham Əliyev Respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib. Ölkə başçısı bildirib ki, xalq-iqtidar birliyi sabitliyin əsas şərtidir:

"Xalq-iqtidar birliyini nə xarici, nə də hər hansı daxili qüvvə sarsıda bilməz və Azərbaycanın müasir tarixi dəfərələrlə bunu sübut edir. Kim bizə qarşı çirkin niyyətlərlə hərəkət edir, özü bu hərkətlərin qurbanı olur. Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir. Azərbaycan xalqı sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayır. Bunu üçün biz əlimizdən gələni edirik. Bu gün Azərbaycan sürətlə inkişaf edən müasir dövlətdir. Gündən-günə bizim gücümüz artır, potensialımız güclənir. Bizim uğurlarımıza kölgə salmaq istəyən qüvvələr müxtəlif üsullardan istifadə edir. Bizə qarşı çirkin kampaniyalar aparılır. Yalan, qarayaxma, iftira üzərində qurulan kampaniyaların heç bir səmərəsi olmayacaq. Azərbaycan xalqı bu yalanlara, böhtanlara inanmır. Çünki Azərbaycan xalqı öz rəhbərliyinə inanır. Sonuncu prezident seçkiləri də bunu bir daha əyani şəkildə sübut etdi”.