adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
13 Iyul 2018 13:01
13060
DÜNYA
A- A+

Türk ordusuna hücum: 1 şəhid, 1 yaralı

Türkiyənin Diyarbəkir bölgəsinin Silvan mahalında türk əsgərləri ilə PKK terrorçuları arasında baş verən şiddətli atışma zamanı 1 təhlükəsizlik qoruyucusu şəhid olub.

Adalet.az xəbər verir ki, bu barədə Diyarbəkir Valiliyi informasiya yayıb.

Məlumata görə, gecə saat 02:45 radələrində baş vermiş qarşıdurma zamanı 2 təhlükəsizlik qoruyucusu yaralanıb. Dərhal xəstəxanaya çatdırılan hərbçilərdən birini xilas etmək mümkün olmayıb.