adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
13 Iyul 2018 12:20
7754
İDMAN
A- A+

Neymar PSJ-də qalsa... - Messi qədər qazanacaq

Neymarı komandada saxlamaq istəyən PSJ rəhbərliyi futbolçunun məvacibini artırmağa hazırdır.

Qol.az-ın "AS" nəşrinə istinadən yaydığı xəbərə görə, Paris klubu braziliyalı hücumçuya yeni müqavilə təklif etmək istəyir. Əgər 26 yaşlı forvard PSJ-də qalmağa razılıq versə,illik gəliri 50 milyon avro olacaq ki, bu da Lionel Messinin "Barselona"da qazandığı pula bərabərdir.

Qeyd edək ki, PSJ bundan əvvəl Braziliya millisinin həkimi Bruno Matsiottini də klubda işləməyə dəvət edib. Fransızlar hesab edirlər ki, bu yolla "Real"a keçidi gündəmdə olan Neymarı komandada saxlamaq mümkün olacaq.