adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Iyul 2018 11:13
6079
HADİSƏ
A- A+

Qaradağdakı yol qəzasında yaralananların sayı 22 nəfərə çatıb

Dünən - iyulun 12-də Qaradağ rayonu ərazisində baş verən ağır yol nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı 22 nəfərə çatıb.


Bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

S.Əhmədova bildirib ki, hazırda Kliniki Tibbi Mərkəzin stasionar şöbəsində 5 nəfər müalicə alı:

"Onlardan 3-ü reanimasiyda, 2-i neyrotravma şöbəsindədir. Həmin 2 nəfərdən biri 23 həftəlik hamilə qadındır. Ginekoloji müayinədən sonra döl üçün hər hansı təhlükə olmadığı müəyyənləşib”.

Qeyd edək ki, Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində - Qaradağ rayonu ərazisində - "Isuzu” markalı 90-OJ-802 Dövlət Qeydiyyat Nişanı (DQN) yük maşını 149 nömrəli 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb.(modern.az)