adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 Iyul 2018 10:02
12536
KRİMİNAL
A- A+

Axtarışda olan 26 nəfər saxlanılıb

Ötən gün respublikamızın daxili işlər orqanları tərəfindən 82 cinayət faktı qeydə alınıb, onların da 8-i "isti izlər"lə açılıb.

DİN-in mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 26 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 10 nəfər saxlanılıb.