Əbülfət Mədətoğludan yeni şeir: KAŞ MƏNİ SEVMƏYƏYDİN
Kükrədi,daşdı -dedim
Ürəyə daşdı!- dedim
Min dəfə kaşkı, dedim-
Sən məni sevməyəydin...
Xəyalım bulud üstə
Can yerdə, bulud, üstə...
Bir çınqı, umud üstə-
Sən məni sevməyəydin...
Yuxumu atlandırıb,
Atı qanadlandırıb...
Ruhumdan qan aldırıb-
Sən məni sevməyəydin...
Könlün aldanıb, seçib
Bir işdi olub, keçib...
Tay mənim odum keçib-
Kaş məni sevməyəydin!