adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 Iyul 2018 09:39
10299
MƏMLƏKƏT
A- A+

Gəncədə polis zabitini öldürən Rəşad məhv edildi

Gəncədə yüksək rütbəli polis zabitlərini qətlə yetirdiyinə görə axtarışa verilən Rəşad Məmmədəli oğlu Böyükkişiyev zərərsizləşdirilib.

Adalet.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, R. Böyükkişiyev bu gecə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şəmkir rayonu ərazisində zərərsizləşdirilib. O, hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib və bu zaman məhv edilib.

Qeyd edək ki, Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı birgə məlumatda 1988-ci il təvəllüdlü Rəşad Məmmədəli oğlu Böyükkişiyevin əvvəllər qəsdən adamöldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunduğu bildirilib.