ANA SƏHİFƏ / ƏDƏBİYYAT

MAYORUN İŞ GÜNLƏRİ

4000    |   2018-07-12 22:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Povestdən bir parça

Əlisəfa Azayev

(əvvəli ötən saylarımızda)

QƏDİM PEŞƏ

(VIII fəsil)

Mayor ara söhbətlərinə inanıb Qızbacı ilə görüşməyi qərara aldı. Hətta bu söhbət üçün xeyli müddət özünü toplayası, söz ehtiyatını artırası oldu. Bu məsələnin həlli sadə iş deyildi. Özü düşündüyü kimi, Qızbacı o qədər onun kimiləri yola vermişdi ki. Əslində isə yazıq qadının kösovu tüstülü idi. Başsız olmaq belədi də. Söz-söhbətini bilməyənlər ağızlarına nə gəlirdisə haqqında danışırdılar. Elə belə söhbətlərin birindən mayor təsirlənmiş, "sonra gec olar, qoy vaxtında onu xəbərdar edim" deyə fikirləşmişdi.
-Qızbacı bajı...
-Hə, qadan alım...
Ancaq ızbacı nə bilsin ki, bu müraciət əvvəlkilər kimi xoş münasibətdən irəli gəlmirdi. Mayor söz-söhbəti ilə onu sancacaq.
-Eşidirəm səni, ağrın alım...
Mayor alnını turşutdu:
-Narahat olma, mənim qeydimə qalan var. Sən də özünə bir babın tap, bu söz-söhbətdən qurtar.
Qadın onun bu sözlərindən təsirlənmiş, özündən çıxmış halda çınqıdı:
-Yox a... Mənim xəbərim yoxmuş... Haqqımdan ağzı göyçəklər olmazın söz-söhbətini danışırlarmış?...
-Əlbəttə ki... kükrəmə, bir səbirli olun.
-Necə səbirli olum?! Heç danışığını bilirsənmi?
Mayor daha geri çəkilməyin yersiz olduğunu görüb, öz sözləri ilədediklərinə haqq qazandırmağa çalışdı:
-Bəsdir! Daha qurtar bu ayağı sürüşkənlikdən.
-Məni təhqir edirsən?!
-Yox... Olanı deyirəm. Düzdür, bu qədim peşədi...
Onun bu sözlərindən qadın o qədər qadın o qədər pərt, pəğmurdə olmuşdu ki, onun nə dediyini də başa düşmədi, hönkürdü:
-Nə?! Sən nə danışırsan? Nə Qəsim?!..
-Özünü bilməməzliyə qoyma. Nə dediyimi lap yaxşı bilirsən.
-Yaxşı, belə oldu... -deyə qadın onun yanından hirslə çıxıb getdi.
Əslində mayor özü də bir o qədər kobud adam deyildi. Bu "ayağı sürüşkən", "qədim peşə" sözlərini, ifadələrini ona deyincə nə kimi əzab çəkmişdi, onu bir Allah bilir.
Ancaq tutduğu vəzifə ona belə hərəkət etməyə vadər etmişdi. Guya ki, qadın nəinki böyüklərlə münasibət yaradır, yeniyetmələri də yoldan çıxarır. Bu isə bağışlanmaz hal idi. Mayor ciddi tədbir görmək fikrində idi. Xüsusilə indiki vaxtda, zöhrəvi xəstəliklərin, narkomaniyanın yayılması, çiçəklənməsi xoşagələn hal deyildi.
Mayor yenicə nahar etmişdi ki, onu əvvəl rəis sonra prokuror, daha sonra isə hakimin çağırdığını dedilər. Dalağı sancdı, dedi:
-Bunlar hamısı o Qızbacının işi olacaq.
Həyat yoldaşı Yetər gileyləndi:
-Sataşmağa adam tapmırdın?
-Nə sataşmaq?! Söz deməyim ki... Vəzifə borcumu yerinə yetirirəm də.
-Yetirdin... İndi get cavab ver.
Mayor çaş qalmışdı. Bilmirdi ki, əvvəl hansının yanına getsin. Və öz-özünə qərarlaşdırdı: "Əlbəttə, əvvəl çörək verənin" Hara getsə, rəisi idi. Rəis isə onu bir rəis kimi qarşılamadı. Sanki özü yemiş, ona verməmişdi. Səsləndi ha:
-Gəl çıx da!... Harada itib-batmısan?
-Gəlmişəm də.
Rəis kükrədi:
-Gözümüz aydın... Sənin xalxın arvadı ilə nə işin var?
-Duldu... Əri ölüb...
Polkovnik-leytenant onun ağzını əydi, sözlərini yamsıladı:
-Nə ölüb-ölüb salmısan. Əri ölüb deyə camaat orasın-burasın çöldə qoyub?! O Qədim kimdir? Əclafın atasını yandıracağam. Çağırtdırmışam bura. Sən də möhkəm dayan. Mayor az qaldı ki, əlləri ilə başını tutsun. Heç nədən aləmi qatmışdı bir-birinə. Qaədim idarə müdiri idi. Ev tikdirəndə rəisin dediklərinə yaxşı əməl etməmiş, kişi onun əlindən yanıqlı idi. Özünü ələ alıb dilləndi:
Rəis, inan, balamın canı mən ona elə sözgəlişi belə dedim. Dedim ki, bu ayağı sürüşkənlikdən əl çək... bilirəm, bu, qədim peşədi... Daha durub ona necə deyəydim ki, fahişəsən... Fahişəlik eləmə...
Rəis onun bu sözlərindən daha da odlandı:
-Ə, dünənə kimi kapitan kal adam idin. Səni təriflədik, təqdim elədik, mayor rütbəsi ilə təltif elədilər. Pisliyimiz keçdi sənə? Dedik ki, ağıllanarsan, yaxşısını pisdən ayırd edərsən... Sən isə... Gör necə aləmi qatmısan bir-birinə ... -Rəis stolun üstündəki şikayət ərizəsini ona göstərdi: -Surətini prokurora, hakimə də göndərib.
-Ay Allah...
-Bəs nə... Tutaq ki, mən susdum, onun ərizəsinə elə bir munasibət göstərmədim. Bəs prokuror, hakim?! Onlara nə deyəcəksən?
Mayor cəsarətlənmiş halda dilləndi:
-Rəis, qadan alım, mən də nə edirəmsə elə sizin baş ucalığınız üçün edirəm də. Rayonda narkomaniyanın, zöhrəvi xəstəliklərin qarşısının alınması pisdirmi?! Elə belələridi də onları yayan, camaatı yolıuxduran, zarazit edən.
Rəis onun üstə çıxmırdı:
-Ə, kəs!... İş metodun xoşagələn deyil. Camaatı haldan çıxart ki, mən neqativ hallara qarşı mübarizə aparıram.
Ara söhbətlərinə inanmaq sənin o at nalına oxşayan ulduzuna yaraşmır.
-...
-Ə, sən nə haqla onu zənən xeylağını ayağı sürüşkən adlandırmısan?!
-...
-Sözə bax... Qədim peşə...
Mayor özünü müdafiə etməyə çalışdı:
-Rəis, inan, məssəb haqqı onu haradasa, kitabların birində oxumuşam.
Rəis qəzəblə onun sözünü kəsdi:
-Sus!... Hələ hər şeyi oxumaq, bilmək ağıllı olmaq demək deyil. Sən polis zabitisən axı! İnsanlarla danışıq, münasibət yaratmaq mədəniyyətin olmalıdı.
-Səhvdi etmişəm... Qonaqlıq məndə...
Mayor, rəisin yanından çıxıb, prokurorluğa gedəndə yolda Qədimlə rastlaşdı.
-Qağa, bilərsən, bu rəis məni çağırmaqda xeyir ola?
-Hələ bilmirsən?
-Yox.
-Bqızbacı şərləyib də.
Kişi sanki od tutub yandı:
-Ə, nə Qızbacı?! Qızbacı ilə mənim nə işim var?
-Yaxşı-yaxşı, sakit... Deyəsən özü də gəlir... Mən getdim... Elə məni görməsə yaxşıdı.
Qızbacı isə hələ uzaqdan onu görmüş, qışqırmaqda, onu lənətləməkdə idi:
-Baxarıq, görərik kim-kimin axırına çıxır. Qədim gedib öz ailəsinin dərdinə qalsın.
Prokuror da onu yaxşı qarşılamadı. Hətat bir qədər kobudluq etdi:
-Ə, sən əsil yonulmamış adamsan da. Zırrama... Bu sözlər nədi qadına demisən? Adam dul olanda, kimsəsiz olanda başına bu oyunu açarlar?!
-Cənab prokuror...
-Kəs!... Sənin danışmağa haqqın yoxdur. Zərif, zəif məxluqla da beləcə kobud rəftar edərlərmi? Annamaz, uzunqulaq... Ayağı sürüşkən sözlərinin, ifadəsini kişi yaxınına da deməyə cəsarətr etməz. Qalmışdı ki, kənara ola. Yoxsa bir yaxınlığınız olub, dadına baxmısan?!
-Axı dedim...
-Hələlik heç nə deməmisən. Sən sus! Mən danışıram. Bu "qədim peşə" nə deməkdir?! Sənin icadındı?
-Oxumuşam da... Kimsə yazmışdı...
Prokuror donquldandı:
-Heyif o ulduzdan sənə. Başqası ilə sənin daha nə fərqin oldu? Hər deyiləni, yazılanı polis zabiti dilinə gətirə, işlədə bilərmi? Mən bu barədə sənin o rəisinlə yox, lap nazirinlə danışaram. Təqdimat öz yerində.
Mayor bu sözlərdən elə təsirləndi ki. Az qaldı ki, diz çöküb yalvarsın:
-Cənab prokuror, səhvsiz adam olmur... Ancaq buna heç səhv də demək olmaz. Ümumi iş üçün atılan bir addım idi. Nə edim, ürəyim ağrıyır da. Balaca bir rayondu narkomaniya, zöhrəvi xəstəliklər baş alıb gedir...
-...
-Yolla gəlirdim... O gün biri az qaldı ki, üstümə çıxsın. Ağlı-başında olan elə hərəkət edərdimi?!
-...
-Rəisin maşını da biri elə bu səbədən vurub əzib... Narkomaniya öz yerində, bu zöhrəvi xəstəliklər baş alıb gedir axı. Elə bu səbəbdən də o qadına təpindim...
Prokuror hirsli halda popiros tüstülədirdi. Beləcə susub durması mayoru açmasdı. Sakitcə ona yaxınlaşdı:
-Cənab prokuror... Sizin dediyiniz o quş müqəvvası hazırdı?
-Turac?!...
-Hə... Qırqovul da...
Mayor bu günün işini sabaha qoya bilməzdi. Hakimin də yanında oldu. Telefonla danışmaqda idi:
-Mən heç vaxt yüngül cəzalar vermərəm. Resedivist?! Canım, hakim deyiləm, mənə verilən səlahiyyətdən istifadə etmişəm də. Cinayətkar olanda nolar ki, onun Allahı yoxdur?! Bəyəm hər şeydən torba alırıq?!
Mayor onun dilxor olduğunu gördüyü üçün tez mineral sudan stəkana süzüb təklif etdi:
-İçin, cənab hakim.... Çox da belə hirslənməyin.
Hakim suyu içib özünə gələndən sonra gileyləndi:
-Ə, sudə oğlu, otağa nə vaxt girmisən? Gələndə adam bir xəbər eləməzmi? Bilirsən mən kimlə danışıdrdım?!
-Ağır cinayətlər məhkəməsinin hakimi ilə.
-Yox...
-Appeliyasiya məhkəməsinin sədri ilə.
-Bilımədin.
-Ali məhkəmənin kollegiya üzvü ilə?
Bu an həyətdə səs eşidildi. Qızbacının səsinə oxşayırdı. Çınqıyırdı ha. Hakim dilləndi:
-Mən baş açmıram, bu səndən nə istəyir?
-Qızıb da...
-Qızışdırmışam ki, əl çəkmir də.
Mayor and içəsi oldu:
-Cənab hakim, zarafat getsin, gerçək gəlsin, o kim, mən kim?
Hakim onu öz sözləri ilə təntitdi:
-Dünənə qədər yetim günündə gəzən kapitan idin də. Mayor oldun, indi bizimlə zarafata keçmisən?!
Mayor pıçıldadı:
-Allah eləməsin... İnanın, sizə dediyim o dağ keçisi buynuzunu uzağı üç günə burada edəcəyəm.
-Sən dedin, mən də inandım.
-İnanın...
Hakim heç də güzəştə gedənə oxşamırdı. Stolun üstündəki şikayət məktubunu götürüb, altından xətt çəkdiyi yerləri diqqətlə oxumağa başladı.
-"Ayağı sürüşkən"... "Qədim peşə"... Qəribə adamsan, adam kəbinli arvadına bu sözləri deməyi cəsarət etməz. Sən isə gör yad bir gəlinə nələri demisən? Sənin bu Avropa Şurasından qorxun yoxdur?!
Mayor yenə də istiləndi, özünü müdafiəyə səy göstərdi:
-Bilirəm, onsuz da məni başa düşməyəcəksiniz...
Hakim onun bu sözlərini eşitcək, səsini qaldırdı, ona qabardı:
-Qanmaz özünsən!
-Allah eləməsin... Belə demək fikrində deyiləm. Sadəcə bildirmək istəyirəm ki, nə qədər sığallamaq olar. Bu cəmiyyətdirsə. Onun cinayətkarı olduğu kimi, narkomanları, yolunu azanları, ayağı sürüşkənləri də var...
-...
-Fahişələri də... Onlara qarşı kim münarizə aparmalıdı? Elə ilk növbədə bir polis işçiləri. Sizə də Allah kömək olsun, elə üz göstərirsiniz ki... Rəisi, prokuroru görmürsünüz... Guya hər şey düzəlib...
Heç bir nöqsanımız yoxdur.
-...
-Onlar daha çox elə özlərindən qorxurlar. Qorxurlar ki, Qızbacı onlardan yuxarı dairələrə yaza, şikayətçi ola...
Hakim sanki bu deyilənləri eşitməyibmiş kimi soruşdu:
-Mənə düzünü dü, ondan bir şey istəməmisən ki?
-Nə?! -deyə mayor lap özünü bilməməzliyə qoydu.
-Kişiyə lazım olan bir şeydən...
Beə sözləri eşitmək mayor üçün xəcalət idi. Bilmədi ki, hakimə nə cavb versin. Bu an hem gözləmədikləri halda Qızbacı içəri girdi. Hakim üzünü ona tutaraq dedi:
-Bu qadına toxunaqlı söz demisən? üzür istə.
Mayor onun bu sözlərindən lap sevincək oldu:
-O da mənim gözlərim üstə... Üzr istəyirəm...
-Məndən yox... Dilinlə de: "Qızbacı xanım, sizdən dönə-dönə üzr istəyirəm..."
Mayora elə gəldi ki, əynindəki polis forması, çiynindəki mayor ulduzu artıq yox olur... Zabit şərəfi də üstəlik... Ancaq nə etsin, hakimin sözlərini təkrar edəsi oldu.
-İndi isə qucaqlaşıb, öpüşün...
Qızbacı özünü naza çəkdi:
-Qəribinkinə toxuna bilməz o...
Mayor imkan düşmüşkən sözünü demək istədi:
-Bağışla da... Mən xətrinə dəyməmək üçün beləcə dedim...
Qadın işvəkarcasına qımışdı:
-Qurban olasan o rəisə, prokurora, hakimə... Yoxsa bilərdin ki, sənin başına nə oyun açıram... Demədiyin bir söz qaldımı?!...
Mayor hələ də özünə gəlməmişdi. Əsil mat vəziyyətində idi. Çölə çıxanda özünü sakitıəşdirmək üçün olsa da pıçıldadı: "Aman-aman, məkri zənən əlindən... Yenə yaxşı qurtardım..."
(ardı gələn sayımızda)



İmza:
SON XƏBƏRLƏR
2018-09-22
2018-09-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kişi restorana gəlir və ofisianta deyir:
- Mənə 12 qədəh araq gətirin.
Ofisiant gətirir.
- İndi isə xahiş edirəm, birinci və axırıncı qədəhləri götürün.
- Niyə ki?
- Bilirsinizmi, birinci pis gedir, axırıncıda isə mən dəli oluram.




digər lətifələr
ARXİV
FACEBOOK