ANA SƏHİFƏ / İDMAN

"Qarabağ"ı keçmək üçün Bakıda mümkün olan hər şeyi edəcəyik"

1462    |   2018-07-12 17:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Təəssüf ki, "Qarabağ”la matçın sonlarında qol buraxdıq. Məncə, əsas problem topu tez-tez geri ötürməyimiz idi. Amma hələ heç nə bitməyib. İnanmağa davam edirik”.

Qol.az-ın məlumatına görə bu sözləri "Qarabağ”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Olimpiya”nın yarımmüdafiəçisi Rok Kronaveter Sloveniya mətbuatına açıqlamasında deyib. O bildirib ki, məğlubiyyətə baxmayaraq, "Qarabağ”la oynamaq olar:

"Qarabağ”a qarşı yaxşı oynadıq. İlk hissədə 100 faizlik qol imkanı yaxalasaq da, boşa verdik. Belə oyunlarda hər fürsəti dəyərləndirməlisən. Təəssüf ki, istifadə edə bilmədik. Amma mübarizə hələ davam edir. Bakıda mümkün olan hər şeyi edəcəyik. Gördük ki, "Qarabağ”la oynamaq olar”.

Kronaveterin fikrincə, növbəti mərhələ şansları hələ davam edir: "Ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində çıxış etmiş səviyyəli komandaya qarşı oynadıq. İlk oyunda bəxtimiz gətirməsə də, şansımız hələ də var. Bəlkə də qol vursaydıq, hər şey tamam fərqli alınardı. Düzdür, bəzi futbolçular mövsümün sonunda "Qarabağ”ı tərk ediblər. Amma onlarla oynamaq asan deyil. Oyuna yaxşı hazırlaşmışdıq. Meydanda pis təsir bağışlamadıq. Amma istədiyimiz qolu vura bilmədik. Nəticəyə görə üzr istəyirik. Oyundan sonra baş məşqçi bizə dedi ki, başınızı dik tutun. Bu döyüş hələ bitməyib. Bu, oyunun ilk hissəsi idi. Uğur qazanacağımıza inanmalıyıq. Bunu bacara bilərik. Hər şey müsbət olmalıdır”.

Qeyd edək ki, "Qarabağ” dünən Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda səfərdə "Olimpiya”nı 1:0 hesabı ilə məğlub edib. Komandalar arasında cavab oyunu iyulun 18-də Bakıda keçiriləcək.


İmza:
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK