adalet.az header logo
  • Bakı 16°C
12 Iyul 2018 17:12
10850
MƏMLƏKƏT
A- A+

Ərzağın istehsal tarixi seçimə təsir edən bir nömrəli amildir

Bakı əhli ərzaq alarkən ən çox onun istehsal tarixinə diqqət edir. Respodentlərin 44%-i seçimini buna əsasən etdiyini bildirir. Məhsulun tərkibi də paytaxtlıların seçimində vacib amildir (31 %).

Maraqlıdır ki, digər amillərin göstəriciləri sorğu liderlərindən qat-qat aşağıdır. Belə ki, ərzağın qiyməti 5%, təravətliliyi isə 3 % səs toplayıb. Məhsulun istehsal yeri, hansı brendə məxsusluğu və dadı 2% respondentin vacib bildiyi amillərdir. Halallıq faktoru ən sonuncudur (1 %).

Rəyi öyrənilən hər on nəfərdən biri isə ərzaq alarkən hansı amillərə fikir verdiyindən xəbərsizdir (10%).

Sorğu 2-7 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.