Ərzağın istehsal tarixi seçimə təsir edən bir nömrəli amildir
Bakı əhli ərzaq alarkən ən çox onun istehsal tarixinə diqqət edir. Respodentlərin 44%-i seçimini buna əsasən etdiyini bildirir. Məhsulun tərkibi də paytaxtlıların seçimində vacib amildir (31 %).
Maraqlıdır ki, digər amillərin göstəriciləri sorğu liderlərindən qat-qat aşağıdır. Belə ki, ərzağın qiyməti 5%, təravətliliyi isə 3 % səs toplayıb. Məhsulun istehsal yeri, hansı brendə məxsusluğu və dadı 2% respondentin vacib bildiyi amillərdir. Halallıq faktoru ən sonuncudur (1 %).
Rəyi öyrənilən hər on nəfərdən biri isə ərzaq alarkən hansı amillərə fikir verdiyindən xəbərsizdir (10%).
Sorğu 2-7 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.
Digər Xəbərlər
25 Aprel 2024 11:45
Kağızın Təkrar Emalı Fabrikinə mediatur təşkil olunub - FOTOLAR
25 Aprel 2024 10:40Vətəndaşlar öz avtomobilləri ilə Laçına gedə biləcəklər
25 Aprel 2024 10:32Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdən
24 Aprel 2024 14:41Şuşaya köç başlayır - Tarix açıqlandı
24 Aprel 2024 14:15