adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
12 Iyul 2018 15:21
10170
İDMAN
A- A+

Ronaldonun "Yuventus"dakı forma nömrəsi bilindi

"Real"ın sabiq hücumçusu Kriştiano Ronaldonun yeni klubu "Yuventus"da çıxış edəcəyi forma nömrəsi müəyyənləşib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, 33 yaşlı hücumçu bu dəfə də 7 nömrəli forma geyinəcək.

Bu nömrəli forma ilə Xuan Kuadrado çıxış edirdi. X.Kuadrado "İnstaqram" hesabı vasitəsi ilə K.Ronaldoya uğurlar arzulayıb: "Bu formanı ona vermək xoşdur. Ronaldoyayeni macərasında uğurlar arzulayıram".

Qeyd edək ki, K.Ronaldo sabiq klubları "Mançester Yunayted" və "Real"da da 7 nömrəli forma geyinirdi.