adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Iyul 2018 15:11
23774
SİYASƏT
A- A+

Siyasi partiyaların yay fəaliyyəti - SORĞU

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar aktivliyi ilə seçilir. Seçki marafonlarında fəal iştirak edən siyasi elitanın təmsilçiləri yay aylarında müəyyən qədər süstlük nümayiş etdirirlər. ADALET.AZ ölkədə fəaliyyət göstərən siyasi partiyaların yay iş qrafiki ilə bağlı sorğu keçirib.




"Ölkədəki siyasi proseslərdən geri qalmırıq”


Aydınlar Partiyası sədrinin müavini Qorxmaz İbrahimli deyib ki, Azərbaycanda siyasi partiyaların fəaliyyəti havaların isti və ya soyuq keçməsindən asılı deyil: "Düşünürəm ki, dövlətimizdə siyasi partiyaların işinin stimullaşması üçün bəzi qanunlar qəbul edilməlidir. Bizim partiyamız öz ofisi və daimi maliyyə qaynağı olmadığı üçün çox böyük layihələr həyata keçirmir. Tərəfdaşımız olan müxalifət partiyalarl ilə vaxtaşırı toplantılar keçiririk. Ölkədəki siyasi proseslərdən geri qalmırıq”.




"Yeni partiya olduğumuz üçün bu işlərə daha çox vaxt ayırırıq”


AG Partiyasının sədri Tural Abbaslı qeyd edib ki, yay aylarında digər sahələrdə olduğu kimi siyasi sferada da nisbi sakitlik dönəmi yaşayır:"Doğrudur, siyasi hadisələr fəsilə baxmır və öz axaeında davam edir. Ancaq, bir çox siyasətçilər tətilə, istirahətə getdikləri üçün proseslər ləngiyir, diskusiyalar və s. azalır. Adətən belə dönəmlərdə partiyalar daha çox partiya daxili təşkilati məsələlərə diqqət ayırır. Partiyanın strukturlarının fəaliyyəti nizama salınır, təbliğa və təşviqat işinin nəzəri tərəfləri hazırlanır, yeni üzvlərin cəlbi yolları müzakirə olunur və s. Biz də AĞ Partiya olaraq hazırda bu işlərlə məşğuluq. Həm, biz yeni partiya olduğumuz üçün bu işlərə daha çox vaxt ayırırıq. Həmçinin də eyni zamanda istər ölkəmizdə, istərsə də dünyada baş verən ciddi siyasi hadisələrə reaksiyalar verir, partiyamızın bu və ya digər məsələlərə münasibətini ictimaiyyətə çatdırmağa çalışırıq. Həmçinin olması ehtimal olunan növbədənkənar parlament seçkilərini də nəzərə alaraq bu sahədə də bəzi addımlar atmağa çalışırıq.Niyyətimiz AĞ Partiyanı tez bir zamanda Azərbaycan siyasi səhnəsinin güclü oyunçularından biri halına gətirməkdir”.


"Partiya adi iş normasında fəaliyyətini davam etdirir”


AMİP Siyasi Şurasının üzvü Əli Orucov bildirib ki ki, bəzən biz bu proseslərin təhlükəli məcraya yön aldığını müşahidə edirik. Ona görə də bu ərəfər çalışırıq ki, əlkənin təhlükəli sitiqamətlərə aparılmasının qarşsının alınmasında bizim də faydamız olsun: " Hər gün plana uyğunaparatda iclas keçirilir. Vacibməsələlərmüzakirəedilir. Partiyaadiişnormasındafəaliyyətinidavametdirir.