ANA SƏHİFƏ / MƏMLƏKƏT

DANX yükdaşımaları yerinə yetirən şəxslərə ciddi xəbərdarlıq edib

2652    |   2018-07-12 14:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı-Qazax magistralının 21-ci kilometrliyində baş verən məlum qəza ilə bağlı NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Yükdaşımaların Tənzimlənməsi Sektorunun müdiri Arif Məmmədov, "Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili" MMC-nin müvafiq struktur heyəti hadisə yerində olublar.

DANX -dan Adalet.az-a verilən məlumata görə, bununla əlaqədar, NRYTN yanında DANX ölkədaxili yükdaşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara ciddi xəbərdarlıq edərək bir daha bildirir ki, balanslarında olan avtonəqliyyat vasitəsini idarə edən sürücülərin müvafiq qaydada reysqabağı tibbi müayinədən keçirilməsində nöqsana yol verən, sürücülərin iş və istirahət vaxtlarına əməl etməyən hüquqi və fiziki şəxslərlə bağlı müvafiq qaydada ölçü götürülərək, avtonəqliyyat vasitələrindən istifadəyə dair müvafiq icazəyə yenidən baxılacaq və ən sərt şəkildə insan həyatı üçün təhlükə yaradan faktorlar əsas götürülərək daşıyıcı qismində fəaliyyətlərinə həmişəlik xitam verilməsinə dair tədbir görüləcək.

Hazırda sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşə hazırlığı ilə əlaqədar də bir sıra problemlərin mövcud olduğuna baxmayaraq, daşımalarla məşğul olan sürücülərin hazırlanmasını həyata keçirən tədris müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə hökümətə ən yaxın zamanda təqdim edilməsi üçün kompleks tədbirlər paketi hazırlanıb.

Eyni zamanda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nəzdində fəaliyyət göstərən Təlim-Tədris Mərkəzinin maddi-texniki bazasının yaxşılaşdırılması, bu mərkəzdə ölkədaxili və beynəlxalq yük və sərnişin daşımaları həyata keçirən sürücülərin, habelə taksi sürücülərinin xüsusi proqram əsasında peşə fəaliyyətinə və davranışına uyğun hazırlanması üçün Beynəlxalq Nəqliyyat Forumunun Keyfiyyət Xartiyasına uyğun tədrisin təşkil olunması vasitəsilə xarici mütəxəssislərin cəlb edilməsinə dair danışıqlar aparılır. Bu danışıqların nəticəsi olaraq növbəti ildən həm sürücülər, həm də mütəxəssislər üçün vacib olan beynəlxalq sertifikatlar vermək hüququnu əldə etmək, planda olan ən vacib məsələlərdəndir.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti təhlükəsiz daşımaların həyata keçirilməsi üçün yüksək texnologiyaların tətbiqi məqsədlə TPF Getinsa, TÜV Thüringen, SAP və CİSCO kimi nüfuzlu şirkətlərlə müxtəlif platformalar çərçivəsində əməkdaşlığa da start verib.
Həyata keçirilməsi nəzərdə tutulan bütün layihələr daşımaların təhlükəsizliyinin təmin edilməsi, daşıyıcılar arasında sağlam rəqabət mühitinin formalaşdırılması, daşıyıcıların maddi texniki bazasının yaxşılaşdırılması niyyətini güdür və 2019-cu ilin yanvar ayından etibarən icra edilməsi planlaşdırılır. Bu baxımdan sahə üzrə sadalanan, problemlərin qarşısının alınması üçün bir daha daşıyıcı hüquqi və fiziki şəxslərə müraciət edərək bildiririk ki, insan həyatı üçün təhlükə yarada biləcək heç bir hal diqqətdən kənarda qalmayacaq və ən sərt şəkildə tədbirlər görüləcək.

Xatırladaq ki, yük maşınının sürücüsünün sükan arxasında yuxuya getdiyi ilkin ehtimalı ilə törədilən qəza nəticəsində 1 nəfər ölüb, xəsarət alan 19 nəfər həkimə müraciət edib. Baş vermiş hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.




İmza:
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK