ANA SƏHİFƏ / MƏMLƏKƏT

“Buraya gələndən sanki cənnətə düşmüşəm” - Fotolar

24216    |   2018-07-12 13:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son günlər havaların isti keçməsi biz jurnalistlərin də yaradıcılığına müəyyən təsir göstərib. Ancaq bütün bunlara baxmayaraq Bakının bu başından o başına, Yasamaldan Bilgəhə üz tutduq. Havadakı hərarət bu yolculuğumuza heç bir təsir göstərə bilmirdi. Çünki yolumuz Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsinə (El arasında bura "Qocalar evi” də deyilir) idi. Buranın daimi sakinlərinin yaşayış durumu, sosial vəziyyəti, dövlətimizin onlar üçün yaratdığı şəraitdən nə dərəcədə yararlana bildiklərini öyrənmək üçün bu yola çıxmışdıq.

Bəri başdan onu da bildirim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsindən reportaj hazırlamaqla bağlı nazirliyə etdiyimiz müraciət müsbət qarşılandı. Nazirliyin ictimayyətlə əlaqələr şöbəsi və bu şöbənin nümayəndələri bizə bunun üçün lazımı şəraiti yaratdılar.

Saat 13:00-a planlaşdırılan görüş yerinə özüm bilərəkdən bir az tez getdim. İlk növbədə müəssisənin abad və geniş yaşıllığın salındığı gözoxşayan, təmiz həyət-bacası və müasir tələblərə uyğun tikilimiş yeni korpusu diqqətimi cəlb etdi. Müəssisənin giriş qapısında dayanan mühafizəçi deyir ki, buraya hər gün onlarla qonaq gəlir. Hətta ABŞ-dan olan turist təsadüfən buradan keçəndə həmin müəssisə ilə maraqlanıb, burada yaradılan şəraiti böyük heyrət içində qarşılayıb. ABŞ-lı turist Azərbaycanda kimsəsiz qocalar üçün belə bir şəraitin yaradılmasını yüksək dəyərləndirib. Hətta buna inanmadığını açıq-aydın büruzə edib.

Təbii ki, bütün bunlar Azərbaycamn Prezidenti cənab İlham Əliyevin uğurlu sosial siyasətinin, dövlət başçısı tərəfindən yaşlı, ahıl insanların sosial müdafiəsinə göstərilən xüsusi qayğının daha bir təzahürüdür.

Mühafizəçi ilə bu yöndə söhbət apardıqdan sonra icazə əsasında müəssəyə daxil oldum

İnzibati binaya daxil olanda buradakı təmizlik, səssizlik və yaradılan şərait sözlə ifadə olunmayacaq dərəcədə idi. Qısa belə deyim. Müəssisə sakinlərinin asudə vaxtlarınının səmərəli təşkili üçün kitabxana, televizor, özünüməşğulluqları üçün emalatxanalar və s. var. Divan, kreslo oturacaqlar da müasir standartlara cavab verir ki, işi olmayan, darıxan qoca, ahıl burada asanlıqla istirahət edə bilir.

Müəssisənin direktoru Qətibə Əsədova ilə mehriban ailə başçısı kimi rəftar edən sakinlər Azərbaycamn Prezidenti cənab İlham Əliyevin, Azərbaycanın Birinci-vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın sosial cəhətdən həssas əhali qruplarına qayğıkeş münasibətindən razılıqla söz açırlar. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın onlara göstərdiyi diqqət və qayğıdan, tez-tez bu müəssisəyə gələrək onlarla görüşməsindən fərəhlə danışırlar. İnzibati binanın önündə dayanmış avtobusun da Leyla xanım tərəfindən onlara hədiyyə olunduğunu böyük sevinc hissi ilə deyirlər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin ötən ay müqəddəs Ramazan bayramında onlarla görüşünü də unutmayıblar və bu görüşlə bağlı xoş təəssüratlarını bölüşürlər. Qətibə xanım rəhbərlik etdiyiniz müəssisə barəsində bizə ətraflı məlumat verir. Onun sözlərinə görə, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəznindəki Müharibə və əmək əlilləri üçün pansionatın 245 nəfər sakini var.Onlar Nazirliyin göstərişi ilə bizim müəssisəyə qəbul olaraq burda yaşayırlar.Onların113nəfərini kişi, 132nəfərini isəqadınlar təşkil edir.


Qətibə xanım məlumat verdi ki, sakinlər asudə vaxtlarında pansionatdakı gözəl parkda dincəlirlər, nərd, domino oynayırlar: " Bununla yanaşı sakinlərimiz üçün konsert proqramları təşkil edirik.Cənab Prezidentin tapşırığı ilə onlar üçün səyyar tibbi müayinələr təşkil olunur. Əl qabiliyyəti olan istedadlı ahıllarımız var ki, istifadəyə yararsız əşyalardan çox maraqlı fiqurlar düzəldirlər. Xüsusi camaşırxanamız var ki, həftədə bir dəfə onların həm geyim, həm yataq dəstləri yuyulub-ütülənərək özlərinə təhvil verilir”.

Bu arada Qətibə xanımın yanına beynəlaxlq təşkilatların nümayəndələri gəldiyi üçün mən də fürsətdən istifadə edib pansionatın sakinləri ilə söhbətləşdim. Həmsöhbətim 25 ilə yaxındır bu pansionatın daimi sakini olan Zəminə Cəbrayılova oldu. Zəminə xanım Füzuli rayonundandır. Bir oğlu da var. Özünün dediyinə görə, burda özünü rahat hiss etdiyindən heç ara getmək fikri yoxdur. Asudə vaxtlarında şer yazır və elə yazdığı şerlərdən ibarət kitab bu yaxınlarda işıq üzü görüb. Əsasən Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya həsr olunan şerlər yazıb. Qarabağ mövzusuna isə xüsusi həssaslıqla yanaşır. Deyir, tək bir istəyi var, o da öz dogma yurd yuvasına, Füzuliyə geri dönməkdir. Buna inanır da. Deyir, Prezident İlham Əliyev işğal altında olan torpaqlarımızı azad edəcək: "O gün uzaqda deyil”. Zəminə müəllimə ilə söhbət zamanı öyrəndik ki, pansionatda ona ayrılan otaqda hər cür şərait yaradılıb. Özü də gündəlik olaraq ölkədə və dünyada baş verən hadisələri elə öz otağında olan televizor vasitəsi ilə izləyir. Hərdən oğlu və ya nəvəsi ilə görüşdüyünü bildirən Z.Cəbrayılova onu da deyir ki, burda yaradılan şəraitdən razıdır. Qidalanma, təmizlikdən ağız dolusu danışan həmsöhbətim bu yaxınlarda ad gününün olduğunu diqqətə çatdırdı. Dediyinə görə, pansionatın rəhbəri Qətibə xanım ona ad günü hədiyyəsi də verib. Bu hədiyyə həyatında aldığı ən dəyərli hədiyyədir. Şerlər kitabını isə şairə Xanım Sevər çıxatdırıb. Zəminə xanımın ürək sirdaşı olan Xanım Sevər hər bayramda ona baş çəkir. Arzularını yerinə yetirməyə çalışır.

Foyedə sakinlər üçün yaradılan kitabxanaya baxan zaman Sima xanım bizə yaxınlaşdı. Sima xanım 2 ilə yaxın müddətdir ki, burada yaşayır. Dediyinə görə, hər zaman yüksək vəzifələrdə çalışıb. Ancaq ailədaxili problemlər onun yolunu buraya salıb. Bura gələndə isə halı o hal olmayıb: "Səhhətimdə ciddi problemlər var idi. Düşdüyüm social durum, ailəmin mənə etdiklərini həzm edə bilmirdim deyə səhəttimdə ciddi problemlər meydana gəlmişdi. Bura gələn kimi Qətibə xanım mənə həkim gətizdirdi. Yeməyimi palataya qədər göndərirdi. Mən cəhənnəmdə idim bala, cənnətə düşmüşəm”.

Pansionatın digər sakini Hacıyev Şahin də uzun illər burada yaşayanlardandır. Kişilərə xas tərzdə çox danışmağı sevməyən həmsöhbətim burada yaradılan şəraitdən razılığını bildirdi. Onu da deyim ki, mən bu yazını hazırlayarkən müəssisə sakinləri üçün nahar vaxtı idi. Yeməklər paylanılırdı. Birinci və ikinci sıra yeməklərin xoş qoxusu foyeyə yayılmışdı….

Ədil Ədilzadə



İmza:
SON XƏBƏRLƏR
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK