adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Iyul 2018 13:35
8325
MƏMLƏKƏT
A- A+

Nazirlikdən XƏBƏRDARLIQ - Külək güclənəcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti növbəti dəfə hava şəraitinə görə əhaliyə xəbərdarlıq edib.

Qurumdan Adalet.az-a verilən məlumata görə,Bakıda və Abşeron yarımadasındaiyulun 13-ü səhərdən 14-ü gündüzədək şimal-qərb küləyi güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-4 dərəcə aşağı enəcək.

Azərbaycan rayonlarındaiyulun 13-dən 16-dək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərədə arabir güclənəcək. Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli daşqın keçəcəyi ehtimalı var.