ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU:KONDİNSİONERSİZ AVTOMOBİLLƏRLƏ İSTİ HAVADA MƏNZİL BAŞINA GETMƏK OLMAZ

Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları ilə «Ədalət»in birgə reydi

2282    |   2018-07-12 12:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyul ayının ilk günlərindən havaların get-gedə kəskin surətdə istiləşməsi təkcə kənd təsərrüfatı və istehsalat sahələrində deyil, respublikanın avtomobil yollarında da sükan arxasında əyləşmiş sürücülərin işini bir xeyli çətinləşdirib. Ən azı ona görə ki, temperaturun +42-44 dərəcə olduğu günlərdə kondinsionersiz avtomobildə əyləşib maşını idarə etmək elə də asan deyil. Hətta kondinsioner sistemi olan nəqliyyat vasitəsinin bu cür anomal istilərdə idarə etməyin özü də çox müşkül işdir. Ona görə müşkül işdir ki, isti havalarda nəqliyyat vasitəsinin mühərrikində, eləcə də şinlərində hər an texniki nasazlıq yarana bilər və bunun nəticəsində qəzalar qaçılmaz olar.

Bütün bunların qarşısını almaq üçün Yol Patrul Xidməti Alayının bütün tağımlarında anomal hava şəraitində gücləndirilmiş iş rejimində işləyirlər. Bu da onunla bağlıdır ki, hava şəraitinin həddindən artıq isti keçdiyi ərəfədə ağır qəzalar baş verməsin və onun qarşısı qabaqlayıcı tədbirlər nəticəsində alınsın. Bu barədə Yol Patrul Xidməti Alayının komandiri, polis polkovniki Balakişi Əhmədov bütün tağım komandirlərini xəbərdarlıq edib və öz tövsiyyələrini, tapşırıqlarını verib. Aydındır ki, hər bir vəzifə məsuliyyətlə yerinə yetiriləndə istər-istəməz onun müsbət nəticələri öz bəhrəsini verir.


Ələt-Astara-İran sərhədi avtomobil yolunda Yol Patrul Xidməti Alayının 10-cu tağımının əməkdaşları xidmət aparırlar. Onlar bu yolun 0-cı kilometrindən 116,6-cı kilometrinə qədər hərəkətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində lazımi tədbirlər həyata keçirirlər. Əlbəttə, hər bir tədbirin keçirilməsi öncə ona xidmət edir ki, yol hərəkəti qaydalar sürücülər tərəfindən pozulmasın. Xüsusən də kobud qayda pozuntularına yol verilərkən bunun nəticələri və faciələri daha ağır olur.


Havaların isti keçdiyi günlərdə demək olar ki, 10-cu tağımın əməkdaşları öz vəzifə borclarını çox vicdanla, namusla, peşəkarcasına icra edirlər. Belə ki, sutkanın gündüz saatında havalar həddindən artıq isti olarkən onlar stasionar postda sərnişin daşıyan avtobus və mikroavtobus sürücülərini saxlayaraq maarifləndirmə işləri aparır, onlara izah edirlər ki, bu cür havada daha diqqətli olsunlar, yorulduqları halda postda təşkil edilmiş bulaqda əl-üzlərini soyuq suyla yusunlar. Təbii ki, bu cür profilaktik tədbirlər nəticəsində isti havada baş verə biləcək qəzanın qarşısı xeyli alınmış olur.


Biz də reyddə iştirak edərkən onun şahidi olduq ki, çoxlu sayda sürücü 10-cu tağımın stasionar postunda avtomobilləri saxlayaraq bulaqda soyuq suyla əl-üzlərini yuyur, bir qədər dincəlir və bundan sonra sükan arxasında əyləşirlər. Polis əməkdaşlarından Elvin Novruzov, Babək Zeynalov, Fərid Abbaslı, Emil Orucəliyev, Elşad Həsənov müxtəlif markalı minik maşınının sahiblərini də stasionar postda saxlayaraq bu cür isti havada ehtiyatlı olmalarını tövsiyyə edirdilər. Məsələn, «KİA» 90 DZ 082, «Mersedes» 99 XE 889, xarici markalı 90 CN 707 markalı avtomobilin sürücüləri postda saxlanılarkən təbii ki, bundan çoxları razı qaldı. Adətən sürücülər postda saxlanılarkən əsəbləşir və yol polisinə etirazını bildirirlər. Amma bu dəfə onlar yol polisinin maarifləndirici söhbətindən və izahat işlərindən razı qaldılar və onlara öz təşəkkürlərini bildirdilər. Ümumiyyətlə, adını çəkdiyimiz yol polisi əməkdaşları yüksək iş əmsalına malik olmaqla yanaşı, sürücülər və hərəkət iştirakçıları ilə çox mədəni və nəzakətlə davranırlar.


Vətəndaş-polis münasibətlərinin sivil qaydada qurulması istər-istəməz ictimai asayişin qorunmasında və hərəkətin təhlükəsizliyinin təmin edilməsində çox önəmli əhəmiyyət kəsb edir. Çünki bu münasibətlər nə qədər səmimi qurularsa, nə qədər isti olarsa bundan hər iki tərəf razı qalar.
10-cu tağımın komandiri, polis mayoru Qulu Quliyev görülmüş tədbirlə bağlı bizimlə söhbətində bildirdi ki, havaların isti keçdiyi günlərdə rəhbərliyin onlar qarşısında qoyduğu bütün vəzifələr peşəkarcasına, yüksək səviyyədə yerinə yetirilir. Birmənalı olaraq deyə bilərəm ki, bizim xidmət etdiyimiz ərazidə havalar daha da isti keçir. Bəzən elə olur ki, günorta saatlarında temperatur +44-45 dərəcəyə çatır. Belə bir anomal hava şəraitində əməkdaşlarımız bir an da olsun sayıqlıqlarını itirmirlər. Üstəlik də sərnişin daşıyan avtobus və mikroavtobus sürücülərinə qarşı mübarizə daha da gücləndirilib. Elə sürücü var ki, 16 saat istirahət etmədən sükan arxasında əyləşir. Biz bu cür sürücüləri stasionar postda saxladırıq, onlarla söhbət edirik, izahat işləri aparırıq. Və bundan sonra onlar postdakı bulaqda əl-üzlərini yuyub, bir qədər dincələndən sonra sükan arxasında əyləşərək yollarına davam edirlər. Məhz bu cür qabaqlayıcı tədbirlərin nəticəsidir ki, xidmət apardığımız avtomobil yolunda isti havalarda ölümlə nəticələnən ağır qəzalar baş vermir.


Yol Patrul Xidməti Alayının 10-cu tağımının əməkdaşları bu ilin 6 ayı ərzində yol hərəkəti qaydasını pozan 3293 sürücü barəsində protokol tərtib edib. Bu isə o deməkdir ki, qanunu pozmuş çoxlu sayda sürücülər intizam məsuliyyətinə dəvət ediliblər və onları gözləyən təhlükədən xilas olublar.
Havalar nə qədər isti keçsə də mürəkkəb anomal şəraitdə xidmət edən 10-cu tağımın əməkdaşları hərəkətin təhlükəsizliyini tənzimləyir, sürücülərə ehtiyatlı olmağı tövsiyyə edir və mənzil başına kondinsionersiz avtomobillərlə getməməyi məsləhət bilirlər. Bax, bunun özü isə o deməkdir ki, anomal istilərdə hər bir sürücü həm özü, həm də apardığı sərnişinin taleyi haqqında ciddi düşünməlidir ki, onları qarşıda ağır qəzalar gözləməsin.

Reyddə iştirak edirdilər: Qulu QULİYEV - Yol Patrul Xidməti Alayının 10-cu tağımının komandiri, polis mayoru; Elvin NOVRUZOV – 10-cu tağımın inspektoru, polis serjantı; Babək ZEYNALOV – 10-cu tağımın inspektoru, polis serjantı; Fərid ABBASLI – 10-cu tağımın inspektoru, polis baş serjanitı; Elşad HƏSƏNOV – 10-cu tağımın inspektoru, polis baş serjantı; Faiq QİSMƏTOĞLU – «Ədalət»in əməkdaşı.




İmza:
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK