ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

“UNEC-in ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi”- MÜSAHİBƏ

1696    |   2018-07-12 12:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

UNEC-in 2017/2018-ci tədris ilində ən yüksək balla bitirən məzunu Səbinə Nəcəfzadə oldu. Beynəlxalq İqtisadiyyat Məktəbindən (İSE) 98.53 balla məzun olan S.Nəcəfzadə uğur hekayəsiniUNEC News-la bölüşüb.

İSE-yə qəbul olmaq universitetdəki ilk uğurum idi

UNEC-i ən yuksək balla bitirəcəyimi gözləmirdim. Buna görə də sevincim və həyəcanım daha çoxdur. Gözləmədən gələn xəbərlər həmişə insanı daha çox sevindirir və həyəcanlandırır. Abituriyent vaxtı adını dəftərimə yazdığım UNEC-in maliyyə ixtisasına qəbul olmağı arzu edirdim. Sonda oldu... Xoşbəxtəm! Çünki arzuladığım universitetdən birinci olaraq ayrılıram. UNEC-ə qəbul olduğum ilk həftələr yeni sistemə, yeni simalara və yeni bir həyata uyğunlaşmağa çalışırdım. Hətta ilk kollokvium ballarım çox aşağı oldu. İlk kollokviumdan sonra isə uyğunlaşdım. Elə həmin semestr də Beynəlxalq İqtisadiyyat Məktəbi yaradıldı və bununla da mənə həyatda yeni qapılar açıldı. İSE-yə qəbul olmaq mənim universitetdəki ilk uğurum idi deyə bilərəm, çünki bu fakültənin həyatımın formalaşmasında rolu çox böyükdür.

İmtahanlara müəllimin tələbləri ilə yanaşı, "mənim üçün ideal cavab nədir” düşüncəsi ilə yanaşmışam

Məqsədim ən yüksək bal toplamaq deyildi. Sadəcə edə bildiyimin ən yaxşısını etmək idi. Bunu da qismən bacardım. İmtahanlara müəllimin tələbləri ilə yanaşı, "mənim üçün ideal cavab nədir” düşüncəsi ilə yanaşmışam. Ona görə də imtahanlardan hər zaman sonda çıxırdım, hətta çıxmırdım vaxt bitdi deyə çıxarılırdım. Belə maraqlı məlumat da deyim ki, tələbəliyin olmazsa olmazı - qaib limitini yaşamamışam. Hətta qaibdən bal belə itirməmişəm. Hər semestr qaiblərimi saxlayıb son həftə istirahət edərəm deyə düşünürdüm. Lakin son həftə dərsə getməsəm müəllim önəmli məlumat deyəcək mən eşitməyəcəm deyə yenə gedirdim. İSE-də sessiya imtahanlarından öncə məsləhət saatı olurdu. Bu vaxt məllimlər tələbərə qaranlıq qalan sualları izah edib, imtahanlarla bağlı məsləhətlərini verirdi. Düşünürəm ki, bu görüşlərdə iştirakımın yüksək nəticə əldə etməyimdə rolu var.

Əsas rəqibim qrup yoldaşım Emil Alıyev idi, qızlardan isə bu potensialı Nəzrində görürdüm. Lakin onları rəqib də adlandıra bilmərəm. Çünki hər biri mənim üçün dəyərlidir. Dörd il ərzində imtahanlara bir yerdə hazırlaşıb, bir-birimizə kömək olurduq. Ona görə də qalibin kim olmasından asılı olmayaraq hamımız sevinərdik.

4 ildir ki, UNEC-i ən yüksək balla bitirənlər ancaq qızlardır. Təsadüf olduğunu düşünürəm. Kim daha çox çalışır və istəyir o da qazanır. Növbəti illərdə oğlanların da adını bu lövhədə görəcəyimizdən əminəm. Hətta növbəti illərdə oğlan favorim belə var.

UNEC-in "ikinci əlaçı təqaüdü” tələbələr üçün böyük motivasiyadır

UNEC-in ikinci əlacı təqaüdü olan "Top15”liyə mən II kursa başlayanda start verildi. "İkinci əlaçı təqaüdü” tələbələr üçün böyük motivasiyadır, onların stimullaşdırılması baxımından çox təqdirəlayiq addımdır. Onlara ekstra motivasiya verərək, daha çox çalışmalarına səbəb olur. Ən əsası da qazanılan ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi. II kursun hər iki semestrində "Top15” tələbərindən biri oldum.

4 il öncə adını dəftərimə yazdığım universitetin fəxri daşına bu gün adım yazılıb

Adım UNEC-in fəxri daşına həkk olunub. Çox fərqli hisslər içindəyəm. Təsəvvür edin 4 il öncə dəftərimə adını yazdığım universitetin fəxri daşına bu gün mənim adım yazılıb. 4 ildir bu daşa İSE tələbələri adlarını yazdırır və ümid edirəm bu, belə də davam edəcək. Növbəti illərdə orada İSE ailəsindən birinin adını görmək istəyirəm.

UNEC mənə bilik və bacarıqlarla yanaşı, yaxın dostlar da qazandırdı

Həyatımın ən unudulmaz və dəyərli 4 ilini yaşadım. İndidən tələbəlik üçün, hətta imtahanlar, layihələr üçün də çox darıxıram. UNEC mənə bilik və bacarıqlarla yanaşı, yaxın dostlar da qazandırdı, dəyərli insanlarla tanış olmaq imkanı verdi: 1021-ci qrup, İSE tələbələri, əziz müəllimlərimiz vədəyərli fakültə əməkdaşlarımız. Uğurumuzda müəllimlərimizin, universitet kollektivinin rolu böyükdür. Onların sayəsində əvvəllər xəyalını belə qurmadığım uğurlara imza atıram, qərarlarım və məqsədlərim daha iddialıdır.

Magistr təhsili almağa tələsmirəm. Mənə görə oxumağın yaşı yoxdur. Ona görə də tələsik qərar vermək istəmirəm. Tələbəlik bitdi deyə, "oxumaq bitdi” demək doğru deyil. Nə qədər ki, varıq və elm inkişaf edir mən də oxumağıma davam edəcəm. Hazırda PASHA Travel-də mühasib kimi çalışıram. İşdən sonra isə yenə kitablarım mənimlədi.

Tələbələrə tövsiyəm...

Zamanın dəyərin bilin. Tələbəlik həyatın ən önəmli illəridir. Bu illəri maksimum dərəcədə düzgün dəyərləndirin. Uğursuzluqdan qorxmayın. Hər bir zirvəyə gedən yolda enişlər də olur. Ən önəmlisi bunlardan düzgün nəticə çıxardıb, daha da əzmlə yola davam etməkdir. Sizi xoşbəxt edən addımlar atıb, sevdiyiniz işlə məşğul olun.





İmza:

“UNEC-in ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi” - MÜSAHİBƏ

700 bal toplayanlara UNEC-də ikinci ixtisas ödənişsiz olacaq

Bakı Ali Neft Məktəbində nazirliklə birgə təqdimat keçirilib

Olimpiada qalibləri UNEC-in xüsusi təqaüdünü qazanacaq

Nazir müavini: “Buraxılış siniflərində imtahan nəticələri 4,75 faiz yaxşılaşıb”

Tələbələrin köçürülmə və yerdəyişməsinin nəticələri bu ayda açıqlanacaq

BANM-ın tələbələri Petkimdə işə və təcrübəyə başlayır

BANM-da ilk MBA proqramına qəbul 100% oldu

Magistratura üzrə respublika 1-cisi: “Təhsilimizi UNEC-də davam etdirmək uğurlu olacaq”

UNEC-in dissertantı Gəncə hadisələrini pislədi: “Gənclər bilməlidirlər ki…”

BANM-ın 15 məzunu SOCAR-ın Kompleks Qazma Trestində işə başlayıb

UNEC-n Zaqatala filialında təhsil haqları azaldılıb

"BANM-a qəbul olmağım həyatımda dönüş nöqtəsi oldu"

UNEC-in gənc müəllimi ABŞ universitetində tədqiqat aparır

BANM-ın məzunları Karbamid zavodunda işə başladılar

Magistratura üzrə respublika 1-cisi: “Təhsilimizi UNEC-də davam etdirmək uğurlu olacaq”

BANM-ın tələbələri Petkimdə işə və təcrübəyə başlayır

UNEC-in dissertantı Gəncə hadisələrini pislədi: “Gənclər bilməlidirlər ki…”

Tələbələrin köçürülmə və yerdəyişməsinin nəticələri bu ayda açıqlanacaq

Bakı Ali Neft Məktəbində nazirliklə birgə təqdimat keçirilib

“UNEC-in ikinci əlaçı təqaüdü təhsilimizə, inkişafımıza investisiya etmək şansı verdi” - MÜSAHİBƏ

BANM-da ilk MBA proqramına qəbul 100% oldu

SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK