Ücretsiz php script indir ikinci el eşya alanlar hack forumu Orkide hack forum Adalet.az | Gələcəyin mühəndisləri STP-də olub - Foto Adalet.az | Gələcəyin mühəndisləri STP-də olub - Foto Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

Gələcəyin mühəndisləri STP-də olub - Foto

8722    |   2018-07-12 11:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Sumqayıt Texnologiyalar Parkında (STP) "Uşaq Mühəndisliyi Günü” keçirilib.

Adalet.az xəbər verir ki, tədbir çərçivəsində Bakı Oksford Məktəbinin şagirdlərinin STP-yə ekskursiyası təşkil edilib.

Qeyd edək ki, ekskursiyada 50-ə yaxın şagird və müəllim iştirak edib.

Görüşdə iştirak edən uşaqların STP-nin istehsal sahələrinə gəzintisi baş tutub. Zavodlarla tanışlıq zamanı uşaqlara müəssisədə istehsal edilən məhsulların hazırlanma texnologiyası barədə ətraflı məlumat verilib. Ekskursiya iştirakçıları hazırlanan məhsullarla yaxından tanış olub, uşaqların sualları cavablandırılıb.


Sonra uşaqlar üçün "STP balacaların gözü ilə” rəsm müsabiqəsi və "Nə üçün STP?” adlı yarış təşkil edilib. Qalib komandalar xüsusi hədiyyələr ilə mükafatlandırılıb.

Müəssisə tərəfindən ekskursiyada iştirak edən bütün iştirakçılara hədiyyələr və sertifikatlar təqdim edilib.

Xatırladaq ki, Sumqayıt Texnologiyalar Parkı 2009-cu il dekabr ayının 22-də istismara verilib.

STP regionda texnoparkların yaradılmasında pioner olmaqla, müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış nəhəng zavodlar kompleksidir. 2017-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statustu alıb. Regionda nadir layihə olan STP, daxili bazarın tələbatını tam ödəməklə bərabər, həm də xarici bazara kifayət qədər məhsullar ixrac etmək qabiliyyətinə qadirdir. Hazırda şirkətin ərazisində 2000 nəfərin çalışdığı, Avropada və Yaponiyada istehsal olunmuş ən yeni texnoloji avadanlıqlarla təchiz olunmuş 12 zavod, 30-dan artıq istehsal sahəsi fəaliyyət göstərir. İstehsal prosesində istifadə olunan xammallar beynəlxalq standartlara tam cavab verir. Texnoparkın bütün zavodları Avropa istehsalı olan laboratoriyalarla təmin olunub və AZS ISO/IEC 17025-2009 standartlarına uyğun akkreditə olunub. İstehsal olunmuş bütün məhsulların müvafiq sertifikatları var. STP-də ISO 9001, ISO 14001 və OHSAS 18001 beynəlxalq standartları da tətbiq olunur.




İmza:

Azercell ilə rominqdə onlayn ol

Bakcell abunəçi sorğularını 100% cavablandırıb

DSX-nin bu yeni silah və avadanlıqları ilk dəfə nümayiş etdirildi - FOTOLAR

Azərbaycan şirkəti mobil bomba sığınacağı hazırlayıb - FOTO

DSX yeni kamikadze PUA-nı təqdim etdi - SKY STRİKER

Yeni iPhone telefonlarının satışları gözləntiləri doğrultmayıb

Bakcell məktəbliləri “İnternetdən təhlükəsiz istifadə” ilə tanış edir

Bakcell və “ASAN Məktub” leykemiyadan əziyyət çəkən uşaqları sevindirib

Bakcell bölgələrdən LİMİTSİZ zəngləri gündəlik sadəcə 30 qəpiyə təklif edir

Bakcell jurnalistlər üçün seminar keçirdi

“DaimOnline” kampaniyası daha iki universitetdə

“Bakcell” nümayəndələri jurnalistlərin qarşısına çıxdı

SON XƏBƏRLƏR
2019-01-18
2019-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (80.19%)
"Neftçi" (19.81%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Hidayət Elvüsal həkimə gedir. Həkim onu müayinə edəndən sonra bir neçə dərman yazır və deyir ki, bu dərmanları gündə beş dəfə yeməkdən sonra atarsan.

Hidayət müəllim:

- Rəhmətliyin oğlu, gündə beş dəfə yemək tapsaydım ta niyə xəstələnirdim ki?





digər lətifələr
ARXİV
FACEBOOK