ANA SƏHİFƏ / MARAQLI

Məşhurların həyatı haqqında dolaşan şayiələr

2067    |   2018-07-12 11:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Şayiələrə inanmamaqdan yanayıq. Ancaq bəziləri o qədər düşündürücüdür ki..

Bob Marleyin ölüm səbəbi ayaq barmağında yaranan melanoma yəni xal xərçəngidir. Melanomanın yaranmasına səbəb isə futbol oyunu zamanı ehtiyatsız atılan zərbə olmuşdur. Ancaq.. Deyirlər, Mərkəzi Kəşfiyyat İdarəsi musiqiçini "aradan qaldırmaq” üçün ona daxilində zəhərlənmiş bir sim olan ayaqqabı hədiyyə etmişdir..



Deyirlər, Joanne Rowling yazıçı deyil, aktrisadır. Harry Potter əsərini istedadlı bir qrup yazıçı yazmışdır. Publika qarşısında isə xüsusi təyin edilmiş aktrisa çıxış edir. Boşanmış və böyük uğur əldə etmiş qadın yazıçı hekayəsi isə insanları ilhamlandırmaq üçün yazılmışdır.



Deyirlər, Jim Morrison ölməmişdir. O, adını Mr. Mojo Risin adına dəyişmiş və Seychelles adasına köçmüşdür. Çünki rok-ikonanın ölümü müəmma olaraq qalmışdır. Onun cəsədini rəfiqəsi Pameladan başqa heç kəs görməmişdir.



Beyonce`un özündən 5 yaş kiçik Solange adında bacısı var. Deyirlər, əslində Beyonce onun bacısı deyil, anasıdır.



Uzaq keçmişdə pop musiqisinin kralı Micahil Jackson yüksək dərəcəli yanıq xəsarəti alan Dave adında oğlana yardım göstərmişdir. Həmin zamandan onlar dost olmuşlar. Qəribədir ki, Dave canlı əfsanənin yas mərasiminə pop-kralın şəxsi avtomobilində gəlmişdir. Daha sonra Larry Kingin şousunda iştirak edən Dave`in göz rənginin yaşıldan qəhvəyiyə dəyişilmişdi, bədən dili və səsi isə Michail Jacksonu xatırladırdı. Deyirlər, Michael Jackson sağdır. O sadəcə rahat həyatı seçərək, Dave roluna girmişdir..



İmza:Emin Akif
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK