ANA SƏHİFƏ / MƏMLƏKƏT

İngilislərin təyyarəsi Bakıda təcili eniş etdi

3321    |   2018-07-12 12:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"British Airways” aviaşirkətinə məxsus hava gəmisinin komandirinin təyyarənin sol mühərrikinin dayanması səbəbindən məcburi eniş barədə elanından sonra Bakı vaxtı ilə iyulun 12-də səhər saat 05:52-də Heydər Əliyev Beynəlxalq Aeroportunda həyəcan siqnalı verilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, göyərtəsində 214 nəfərin (197 sərnişin və 17 uçuş heyətinin üzvü) olduğu "Boeing-777” təyyarəsi Londondan (Böyük Britaniya) Mumbay (Hindistan) şəhərinə BAW-199 nömrəli aviareysi həyata keçirirdi.

Həyəcan siqnalı ilə hava limanının bütün qəza-xilasetmə xidmətləri qaldırılıb. Təyyarə Bakı vaxtı ilə saat 06:29-da uğurlu eniş edib, xəsarət alan yoxdur.

Sərnişinlər hava limanının tranzit zonasında yerləşdirilib, onlara yemək və içkilər təqdim edilib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu ən müasir naviqasiya və yerüstü avadanlıqlarla təchiz olunub. Bu səbəbdən aviaşirkətlər fors-major vəziyyətlər yarandıqda regionun hava məkanında məhz Bakı hava limanını seçirlər.


İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki alkaş uca binanın başına çıxır və söhbət edirlər. Alkaşın biri binadan aşağı baxır və deyir:
- Görəsən mən burdan aşağı tullansam, neçə günə yerə çataram?
O biri alkaş deyir:
- Bir həftəyə...
- Bəs görəsən ölərəm?
- Bəs necə, ölərəm də sözdüü? Bir həftə ac, susuz, araqsız yol gedirsən eee...




digər lətifələr
ARXİV
FACEBOOK