Adnan Oktarın lüks həyatı
Ötən gün səhər saatlarında keçirilən əməliyyat zamanı saxlanılan, özünü ilahiyyatçı adlandıran Adnan Oktarın mülklərinə həbs qoyulub.
Adalet.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 11-40 yaş arasında 40 nəfərin şikayəti əsasında tutulan Adnan Oktarın 235 nəfərlik dəstəsi də saxlanılıb.
Oktarın evində aparılan axtarış zamanı tarixi əsərlərlə yanaşı, 18 bahalı avtomobil aşkar edilib. Maşınların dövlət tərəfindən müsadirə edilməsinə qərar verilib.
Bundan əlavə, A.Oktarın meşə ərazisindəki evinə 750 metrlik xüsusi yol salındığı məlum olub.
Qeyd edək ki, dünən Türkiyədə Harun Yahya adı ilə tanınan və özünü ilahiyyatçı adlandıran Adnan Oktar saxlanılıb. İstanbul daxil olmaqla 5 regionda aparılan əməliyyat nəticəsində Adnan Oktar tərəfdarı olduğu bilinən 235 nəfər tutuub.
Digər Xəbərlər
20 Aprel 2024 12:01
ABŞ-də ilk: Bayden istehsal olunan uranın miqdarını AÇIQLADI
20 Aprel 2024 10:43Türkiyədə bir gün əvvəl baş verən zəlzələ iri çat yaratdı: Qorxulu görüntülər - VİDEO
20 Aprel 2024 09:37İnsanlar ilk dəfə marallar arasında yayılan “zombi” xəstəliyinin qurbanı oldular
20 Aprel 2024 09:21Quterreşdən Azərbaycan və Ermənistana çağırış
20 Aprel 2024 09:10