ANA SƏHİFƏ / HADİSƏ

Bakıdakı avtobus qəzasında 1 nəfər ölüb - Yaralı sayı 17-yə çatıb

2351    |   2018-07-12 11:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində baş verən ağır yol nəqliyyat hadisəsi zamanı xəsarət alanların sayı 17 -ə çatıb. Bu barədə Adalet.az-a məlumat verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib ki, bəzi vətəndaşlar şəxsi avtomobilləri ilə xəstəxanaya müarciət edib:

"Onların arasında 2 uşaq da var. Uşaqlar kəllə-beyin travması alıb”.

Bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində - Qaradağ rayonu ərazisində - "Isuzu” markalı 90-OJ-802 Dövlət Qeydiyyat Nişanı (DQN) yük maşını 149 nömrəli 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb.

***

Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə ƏhmədoavanınModern.az-a veriyi məlumata görə, xəsarət alanlardan 1 nəfər qadın xəstəxanaya çatdırılmadan hadisə yerində dünyasını dəyişib.

7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 2 nəfər Ələtdəki poliklinikada yardım alıb, xəsarətləri ağır olmayıb. 3 nəfərə hadisə yerində ilkin yardım göstərilib.

Bakı Nəqliyyat Agentliyi paytaxtda baş verən avtobus qəzası ilə rəsmi məlumat yayıb.

Məlumatda bildirilib ki, bu gün səhər saatlarında Bakı-Qazax avtomagistralının 21-ci kilometrliyində 90-OJ-802 DQN yük maşını 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb. Hadisə zamanı ölən və yaralananlar var. Qəzanın yük maşınının sürücüsünün təqsiri üzündən baş verdiyi bildirilib.


***

Saat 09:28

Bakı Nəqliyyat agentliyindən (BNA) Adaıet.az-a verilən məlumata görə, yük maşını 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkətdə olan avtobusa arxadan çırpılıb.

Nəticədə, avtobus aşıb.Xəsarət alanlar barədə bir qədər sonra məlumat veriləcək. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hazırda hadisə yerindədir.




İmza:
SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK