ANA SƏHİFƏ / İDMAN

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

1764    |   2018-07-12 11:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununa çıxan "Qarabağ" Sloveniyanın "Olimpiya" komandası ilə qarşılaşıb.

Adalet.az xəbər verir ki, oyunun ilk hissəsində qapılara qol vurulmayıb.

İkinci hissədə daha üstün "Qarabağ" 79-cu dəqiqədə istəyinə çatıb. Donald Gerrye dəqiq zərbə ilə komandasını hesabda önə çıxarıb.

Bundan sonra oyunda gərginlik artıb və rəqib komanda 85-ci dəqiqədə azlıqda qalıb. Belə ki, "Olimpiya"nın oyunçusu İssah Abass qırmızı vərəqə alıb.

90+1-ci dəqiqədə isə Qara Qarayev qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub.

Buna baxmayaraq "Qarabağ" səfərdə "Olimpiya"nı 1:0 hesabı ilə məğlub edərək onun üçün vacib olan 3 xalı qazanıb.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 18-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. "Qarabağ” mərhələ adlayacağı təqdirdə ikinci seçmə mərhələsində "Kukesi” (Albaniya)-"Valetta” (Malta) cütünün qalibi ilə qarşılaşacaq.



İmza:
SON XƏBƏRLƏR
2018-07-18
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK