adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
12 Iyul 2018 11:05
7852
MƏMLƏKƏT
A- A+

Bu yollarda təhlükəsizlik sədləri təmir edilir

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Dairəvi-1 avtomobil yolunda, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollunun 45-52-ci km-lik hissəsində yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır. İşlərin axşam saatlarınadək davam etdirilməsi nəzərdə tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Adalet.az-a verilən xəbərə görə, sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.