adalet.az header logo
  • Bakı 20°C
12 Iyul 2018 11:00
13899
ŞOU-BİZNES
A- A+

"Başqasının ərinə "padxod" edib, küçə iti kimi atılan qadın..." - Aytən

"Xanım dediyin kəs bədən quruluşundansa, üzdən, qaşdan-gözdən, xasiyyətdən gözəl olmalı, yerişinə və duruşuna fikir verməli, xanım-xatunluğunu qoruyub saxlamalı, özünə hörmət etməlidir".

Adalet.az-ın məlumatına görə, bu sözləri aparıcı Aytən Səfərova sosial şəbəkədə yazıb. Müğənniqadınların ünvanına sərt sözlər işlədib:

"Xanım başqalarının işinə burun soxmamalı, qeybət etməməli, dəyərini bilməli, ucuz və əlçatan olmamalı, başqasının ərinə "padxod" etməməli, özünü elə aparmalıdır ki, onu heç bir kişi alçaltmasın. Təəssüf ki, cəmiyyətimiz ucuz qızlarla, əlçatanlarla, bir az pulu olan oğlanlar qarşısında özlərini açıb buraxan və nəticə etibarı iləküçə iti kimi atılan zənənlərlə doludur. Vaxt olsa bir az özünüzə hörmət edin. Qadın və xanım sözünü özünüzə yapışdırmayın. Siz axı belələrindən deyilsiniz. Heç vaxt da ola bilməzsiniz".