adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 Iyul 2018 10:55
8439
İDMAN
A- A+

Xorvatiya finalda, rəqib Fransadır

Bu gün Rusiyada keçirilən futbol üzrə dünya çempionatının daha bir finalçısı məlum olub.

Adalet.az xəbər verir ki, finala çıxmaq uğrunda Xorvatiya və İngiltərə milliləri mübarizə aparıblar.

Moskvanın "Lujniki” stadionunda keçirilən görüşü türkiyəli Cüneyt Çakır idarə edib.

***
Oyunun 5-ci dəqiqəsində İngiltərə millisinin cərimə zərbəsindən vurduğu qolla hesab açılıb.

***
Görüşün ikincci hissəsində Xorvatiya yığması hesabı bərabərləşdirib.

***
Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Finalçını müəyyən etmək üçün əlavə vaxt oynanılıb.

***
Təyin edilən əlavə vaxtda xorvatlar rəqib qapısından daha bir top keçirərək qələbəyə seviniblər.

Qeyd edək ki, Xorvatiya yığması DÇ-2018-in finalında Fransa millisi ilə qarşılaşacaq.