Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | "Gəncədəki hadisələr ciddi narahatlıq doğurur" Adalet.az | "Gəncədəki hadisələr ciddi narahatlıq doğurur" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

"Gəncədəki hadisələr ciddi narahatlıq doğurur"

2294    |   2018-07-12 10:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Son günlər ölkəmizin ikinci böyük şəhəri olan, qədim ənənələrə malik Gəncə şəhərində baş verən hadisələr cəmiyyət içində ciddi narahatlıq doğurmaqdadır. Gəncədə törədilmiş terror hadisəsi və bu hadisədən istifadə edərək ictimai-siyasi sabitliyi pozmağa cəhd edən anti-milli, təxribatçı qüvvələrin hərəkətləri xalqımız tərəfindən birmənalı şəkildə pislənir”.

Adalet.az xəbər verir ki, bunu Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib. O, təəssüflə qeyd edib ki, Gəncədəki hadisələri dini-mənəvi müstəviyə çəkməyə cəhd edənlər də var: "Ölkəmizdə əsrlər boyu formalaşmış dini-mənəvi dəyərləri bu kimi məkrli niyyətlərə, siyasi məqsədlərə alət edən daxili və xarici dairələr sadəcə ictimai-siyasi sabitliyimizi, dövlətçiliyimizi və xalqımızı deyil, eyni zamanda İslam dinini də hədəfə almışlar. İslam dininin təmiz, pak dəyərlərini, ümumbəşəri prinsiplərini, ülviliyini bu qədər çirkin və mənəviyyatsız hərəkətlərlə eyniləşdirmək bu dinə ən böyük haqsızlıqdır.

M.İsmayılov vurğulayıb ki, "Bir insanı öldürmək bütün bəşəriyyəti öldürmək kimidir” anlayışını ortaya qoyan İslam dini fitnə və fəsad törətməyi ən böyük cinayət hesab edir. Şəhidlərimizin qanı bahasına və xalqımızın müdrikliyi nəticəsində əldə edilmiş müstəqilliyimiz nə qədər dəyərlidirsə, günümüzdə bu müstəqilliyi qorumaq, möhkəmləndirmək və çiçəkləndirmək də o qədər dəyərlidir:

"Heç kim unutmamalıdır ki, müstəqilliyin ilk illərindən fərqli olaraq bu gün güclü Azərbaycan dövləti və bu dövləti göz bəbəyi kimi qoruyan güclü Azərbaycan xalqı var. Ulu öndər Heydər Əliyevin zəhməti ilə ərsəyə gəlmiş və Prezident İlham Əliyevin uğurla inkişaf etdirdiyi müstəqil Azərbaycan bu kimi cılız və ləyaqətsiz hərəkətlərin qarşısını qətiyyətlə almağa qadirdir və alacaqdır. Milli-mənəvi dəyərlərimizə ləkə vurmaq, dövlətçiliyimizi zəiflətmək və sabitliyimizi pozmaq istəyənlər heç vaxt niyyətlərinə nail ola bilməyəcəklər”.

Fondun icraçı direktoru bununla əlaqədar olaraq, Gəncə şəhərində baş vermiş terror hadisəsini qətiyyətlə pisləyib, baş vermiş təxribatın qarşısını alarkən şəhid olmuş iki polis zabitimizə Allahdan rəhmət diləyib, ailələrinə səbr arzulayıb.



İmza:

Məmmədyarov moldovalı həmkarı ilə görüşdü

Zakir Həsənov NATO generalı ilə Qarabağı müzakirə edib

İlahiyyat İnstitutunda “Azərbaycanda sufilik” mövzusunda “dəyirmi masa” keçirilib

Sabah Bakıda QDİƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Prezident İlham Əliyev keniyalı həmkarını təbrik edib

Azərbaycan və Aİ nəqliyyatın bütün növləri üzrə əməkdaşlığı müzakirə edəcək

Məhkəmə piyadanın ölümündə təqsirləndirilən sürücüyə bəraəti qüvvədə saxladı

Azərbaycanın 6 ölkədə xarici turizm nümayəndəlikləri fəaliyyətə başlayacaq

İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

«ÖRTÜLÜ QAYNAYIR QAZANLAR HƏLƏ»

VALLAH, MƏN ÖLMƏMİŞƏM

Daşınmaz əmlak kreditləri manatla veriləcək

SON XƏBƏRLƏR
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (100%)
"Arsenal" (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK