ANA SƏHİFƏ / ƏDƏBİYYAT

QƏLƏM YOLDAŞLARIM - RÜBAİLƏRDƏ

5400    |   2018-07-12 00:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

OQTAY
RZA
"Anlamaq" çarəmi hicrana, pərdə?
Gah Mirzə Cəlilsən, gah Qorqud Dədə.
Odlar ölkənin ilk Anarısan,
Yoxdur ehtiyacın təxəllüsə də!

***
Çoxalıb ədiblər, aşıq-ozanlar,
Həyatdan, sevgidən əsər yazanlar.
Ustad şairimiz Adil Cəmildən
Məsləhət almağa gəlsinlər onlar!

***
Aləmzər xoş sözdən çələng toxuyaq,
Şərura yollanıb şeir oxuyaq,
Aralıq kəndinin adamlarını
Yaxından eşidək, yaxından duyaq!

***
"Ədalət" qəzeti gəncdir, uludur,
Atdığı addımlar çox uğurludur
Onu salnaməyə çevirənlərin
Biri dost Əbülfət Mədətoğludur!

***
Fikrət bəy dəryana yüksək dağdıq,
Gah ahıl, gah cavan, gan da uşaqdık;
Bu "Qoca" imzalı sevimli ustad
Qoca görünməkdən xeyli uzaqdık!

***
Sinəmdə sönməyən odum, közüm var,
Kamal Abdullaya ürək sözüm var;
- Sağ ol, ey xeyirxah, səmimi insan,
Rektor, akademik, tanınmış yazar!

***
Eşidir məmləkət, eşidir aləm,
Olub milyonlara arxadaş, həmdəm,
"Həmsöhbət" - sovqat "İctimai"nin,
Müəllif - həmkarım Kamil Məhərrəm!

***
Yuxu yaddaşlara işıq çiləyir,
Yuxu keçmişi də nura bələyir;
Gördüm ki, Nizami böyük sənətkar
Nizami Cəfərə uğur dilədik!

***
Var halal çörəyin duzu Rəhmanın,
Toyludur bu iki yazı Rəhmanın,
Evir ərməğanı - "Əsgər istəyi",
Orduda zabitdir qızı Rəhmanın!

***
Ad günü mübarək Rəşad Məcidin,
Həm mətin, həm kövrək Rəşad Məcidin!
Yaşın səksənində, doxsanında da
Özünü şux görək Rəşad Məcidin!

***
Əlvan don geyinib hər yan, çöl-bayır,
Muğanın yaz yeli təravət yayır
Burda mənzərəli Qırmızıkənddə
Yazıçı Ruhəngiz Əşrəf yaşayır!

***
İşıq qəzəblənib "Qana-qan" deyir
"Nəyimə lazımdır şöhrət-şan?" deyir.
Vəli Xramçaylı haqqa sözünü
Cəsur şairlərin adından deyir.

***
Yusif! İkimiz də olduq əməkdar,
Hələ gül açası xeyli dilək var!
"525" iş meydandadır,
Bağında həm ağac, həm də çiçək var!

***
Zülfüqar Şahsevən illərdən bəri
Gəzdirir çiynində ağır yükləri.
Onun sayəsində kitablaşıbdır
Xəlil Ulutürkün "Gündəlikləri"!

***
Bu, qələm dostumuz Ağacəfərdir,
Məramı müqəddəs, kəlamı zərdir.
Hər uzaq səfərdən qayıdanda o
Xalqa hədiyyəsi təzə əsərdir.

***
Dost dostun yolda da olur gərəyi,
Öpür alnımızdan Lerik küləyi:
Duyğu dənizinə dönüb dağlarda
Balayar Sadiqin geniş ürəyi!

***
Xoş söz - yorğunluğu, qəmi azaldan,
Xoş söz - məsafəni, yolu qısaldan;
Qazağa teleqram göndərib Bakı -
Şeir istəyirik Barat Vüsaldan!

***
Göstərib deyirlər: "Özüdür, odur!"
Sadə adamların dostu Dayandur!
Düz iki-üç saat şeir oxusa -
Heç kəs ürəklənib deməz: "Dayan, dur!"

***
Fəsillər arxada,
Fəsillər öndəg
Halaldır vəzifən, duz-çörəyin də:
Zuvandda* doğulan Elman**, əziz dost!
Sağ ol, Azərbaycan var ürəyində!

***
Natəvan bağına yanğın düşübdür,
Bülbülün büstünü güllə deşibdir.
Əli Əmirlinin şah əsərində
Qacar həqiqəti səhnələşibdir!

***
Əlövsət Bəşirli! sevimli yazar,
Bütövlük istəyən Muğanlı yazar!
Sakit görünsə də hamıya, bəzən
Qəfil zəlzələli, tufanlı yazar!

***
Milyon mil yol gedib Firuz Mustafa,
Həm alim, həm ədib Firuz Mustafa!
Əsl filosof tək dramlarını
İdraka həsr edib Firuz Mustafa!

***

Şeir haqq səsidir Güləmailin,
Murad nəvəsidir Güləmailin;
Şəhidlik haqqında yazdığı dastan
Vətən nəğməsidir Güləmailin!

***

Xəyal da Rzadır, mən də Rzayam,
Bu qələm dostumdan xeyli razıyam;
Kompüter dərsini öyrənib ondan,
Saytlar aləminə yol salasıyam!

***

Sənəti sanki sirr - İlham Rəhimli!
Yol, qol, qəm, keyf çəkir İlham Rəhimli!
Müdrik carçısıdır "Mədəniyyət"in,
Alim, mütəfəkkir İlham Rəhimli!
***
Millidir harayı İlqar Fəhminin,
Bir ildir hər ayı İlqar Fəhminin;
Görünür ölkənin hər tərəfindən
"Laləli saray"ı İlqar Fəhminin!

***
Kaş ki, üzümüzə dövran güləydi,
Ərdəbil, Borçalı, Dərbənd gələydi -
İmir Məmmədlinin yubileyində
Üçü də "Mübarək!" deyə biləydi!

***
Ağdamdan başlanıb yolu Ağsəsin,
Şair, baş redaktor Qulu Ağsəsin -
"Ulduz"dan ulduza işıq göndərən,
Köksü duyğularla dolu Ağsəsin!

***
Əvvəli, sonu var hər şeyin, dostlar!
Gün ötür nə yavaş, nə yeyin, dostlar!
Mahəddin Əsgəri, "Vaxtınız varsa",
Efirə bağlanın, dinləyin, dostlar!

***
Bəzi təamların heç duzu yoxdur,
Niyə səhnəmizin ulduzu yoxdur?
Sənət meydanına qoç kimi girən
Buynuzlu Musanın buynuzu yoxdur!

***
Süzülsün könüldən söz gilə-gilə,
Şuşadan qayıdaq biz gülə-gülə:
Mustafa Çəmənli yeni romanı,
Mən isə çoxsaylı rübaim ilə.

***
Gördüm Nizaməddin Şəmsizadəni -
Tutub sağ əlində dolu badəni;
Dövlət mükafatı laureatı
Necə alicənab, necə mədəni!
***
Şair, professor Paşa Qəlbinur,
Sözü, aparatı qoşa Qəlbinur!
Sözüylə yol çəkir Bütövlük üçün
Yaşa Azərbaycan, yaşa Qəlbinur!

***
Ramiz Məmmədzadə - qədim elatlı,
Dastan yaradıbdır "O gecə" adlı;
"Ağdam ağrısı"na dözməyən ustad,
Məclisdə söz desin bal kimi dadlı!

***
Var halal çörəyi, duzu Rəhmanın,
Toyludur builki yazı Rəhmanın;
Sevimli övladı Nigara alqış -
Hərbi geyimlidir qızı Rəhmanın!

***
Muğanda yay olur bəzən küləkli,
Burda adamlar var polad biləkli!
Muğanı vəsf edir "Ana Kür"ündə
Tanınmış ziyalı Rüstəm Məlikli!

***
Güneydə yaşayır bizim, paramız,
Mütləq sağalacaq köhnə yaramızg
Dostlar! Nə yaxşı ki, mübarizədə
Sayman Aruzludur sıralarımız!

***
Zəng vurub dedi ki, "Salam. Mübarək!
Yaşın doxsanını, yüzünü görək!"
...Müşkül sirlərini hüquq elminin
Səlim Cəfərlidən öyrənəm gərək!

***
Uğurlu dövrlər, sərt zamanlar var,
Sabah gerçəkləşən xoş gümanlar var.
Vaqif Sultanlının toplularında
Bütövlük əxz edən qəhrəmanlar var!

***
Deyir ki, xeyir iş, toy min-min olsun,
Misra düzümümdə say min-min olsun!
Sərəncam istəyən muradım da var;
Zirə dəyişilib Zirəddin olsun!

***
Zülfüqar Şahsevən nə vaxtdan bəri
Gəzdirir çiynində ağır yükləri:
Onun sayəsində kitablaşıdbdır
Xəlil Ulutürkün "Gündəliklər"i!

* Lerikdə kənd
**ADU-nin Türkologiya şöbəsində müdir, professor



İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı Hileli oyun APK Cracked APK
SON XƏBƏRLƏR
2018-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK