ANA SƏHİFƏ / GÜNDƏM

Xəzərin laylay çaldığı Şəhid məzarı

3552    |   2018-07-12 00:06
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Kür çayı ilə Xəzər dənizinin qovuşacağında, Neftçala rayonunun Bankə qəsəbəsinin "Seyidlər məhəlləsi"ndə yerləşən qəbiristanlıqda şəhid Türk əsgərinin məzarı uyuyur. 1918-ci ilin iyul ayında Salyan qəzasının bu hissəsində hay- daşnak və ingilis-rus silahlı qüvvələrinin işğalçılıq təcavüzünə qarşı döyüşən 5-ci Qafqaz İslam Ordusunun şəhid olmuş 10 döyüşçüsü burada dəfn edilib. Və bu dəfnlə bu qəbiristanlığın da əsası qoyulub.
Müqəddəs məzarın üzərində Neftçala Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə və Azərbaycan Dövlət Neft Şirkətinin ("Atilla Doğan Şirkətlər Qrupu"nun təsis etdiyi "Anşad Petrol" MM-nin) maliyyə dəstəyi ilə ucaldılmış (hündürlüyü 8 m-ə qədər) mərmər abidə-kompleksin açılışı 20 sentyabr 2004-cü ildə baş tutub. Həmin mərasimdə iştirak edən o vaxt Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əhməd Ünal Çevikgöz məzar üzərindəki Dövlət bayrağını açmalı idi. İlk cəhddə bayraq açılmır. Özünü itirməyən və İncə siyasət ustası olan səfir tövrünü pozmayaraq amiranə səslə ucadan:
-Türkün bayrağı heç vaxt enməz - deyərək ikinci dəfə bayrağı abidə-kompleksin üzərindən açır.
Bu abidənin sağ və sol hissələrində Türkiyədən gətirilmiş cəmi 10 sərv ağacı (hər tərəfdə bərabər sayda) basdırılıb.
Ön sırada mərmər lövhə üzərində bu sözlər yazılıb: "Bu anıt: 1918 yılında Azerbaycanı işğal edən ve içlerinde ermenilerin de yer aldığı Kızıl Ordu muhafizlarına karşı Azerbaycana Gelen Nuru Paşa Komutasındakı Türk Kafkas Ordusunun Haziran 1918-de Gencede başlayan ve eylül 1918-de Azerbaycanın kurtulması ile son bulan müharibesinde Şehit olan ve "Ayrılırmı Gönül Candan, Türkiye Azerbaycandan" Mısralarını Gönüllerimize perçimleyen muhteşem Askerlerin, Şehit mehmetciklerin Anısına Dikilmiştir".
Müqəddəs Şəhid məzarının giriş hissəsində yığcam düzbucaqlı formada qara mərmər lövhədə - "Burada yatmaka olan 10 kahraman Türk Askeri, Kutsal Azerbaycan torpaqlarının bağımsızlığı uğrunda canlarını seve-seve Feda etmişlerdir. Ruhları şad olsun" - xitabı qeyd edilib.
Qeyd edək ki, bu döyüşlərdə 11 türk döyüşçüsü şəhid olub, amma onlardan biri isə Salyan rayonunun, Ərəbqardaşbəyli kənd məscidinin həyətində dəfn edilib.
Qismət Yunusoğlu,
BDU-nun müəllimi



İmza:

Faiq Ağayev o biri deputatlardan əksik deyil - SORĞU

Prezident - Azərbaycanın Dünya Bankının “Doing Business” hesabatında 25-ci yerdə qərarlaşması aparılan islahatların məntiqi nəticəsidir

Prezident : Sumqayıt Kimya Sənaye Parkının timsalında uğurlu sənaye siyasətimizi görürük və bu siyasət bundan sonra da davam etdiriləcək

Bu il Bakıda yeni tikilən iki avtomobil yolu istifadəyə veriləcək

BDU-nun rektoru vəzifələrinin icrası prorektora həvalə edildi

Leyla Əliyeva “Caspian Ecology” IX Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində konfransda iştirak edib

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Bərdədə vətəndaşlarla görüşüb

İlham Əliyev: Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin yenidən qurulması artıq başa çatmaq üzrədir

Yeni tikiləcək yolların ADLARI açıqlandı

Allahşükür Paşazadə Almaniyada beynəlxalq konfransda iştirak edəcək

Prezident Sumqayıtda tütün məmulatları istehsalı fabrikinin açılışında iştirak edib

Prezident Sumqayıtda əlvan metallar və ferroərintilər zavodunun açılışında iştirak edib

SON XƏBƏRLƏR
2018-11-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Uzun illər köhnə, əldəndüşmüş «VAZ-06» «Jiquli»ylə xaltura edən bir kişi günlərin bir günü maşınını dəyər-dəyməzinə satıb köhnə, otuz ilin bir «Mersedes»ini alır. Köhnə olmasına baxmayaraq, maşının rahatlığı kişinin o qədər xoşuna gəlir ki, Böyük Vətən Müharibəsi iştirakçısı olmuş atasının qəbrinin üstünə ziyarətə gələrkən:

- Ay rəhmətlik, adam da heç bu cür rahat maşın düzəldən nemesə güllə atar?





digər lətifələr
ARXİV
FACEBOOK