ANA SƏHİFƏ / SİYASƏT

Gəncənin deputatı: “Terrora əl atanlar bilməlidirlər ki...”

5784    |   2018-07-11 18:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"İyulun 10-da Gəncədə bir qrup pozucu dəstənin qeyri-qanuni aksiya keçirməyə cəhd göstərməsi Azərbaycanın müstəqilliyinə, sabitliyinə qənim kəsilən düşmən qüvvələrin məkirli planının bir hissəsi idi. Əlinə soyuq silah, deşici-kəsici alətlər alaraq şəhərin baş meydanında pozucu aksiyalara cəhd göstərmək, təxribat törətmək, xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir”.

Adalet.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Gəncə şəhərinin deputatı Naqif Həmzəyev dünən İcra Hakimiyyəti qarşısında keçirilən icazəsiz aksiyaya münasibət bildirərkən deyib.


N.Həmzəyev bildirib ki, düşmənin çirkin niyyəti baş tutmadı, polis əməkdaşlarının qətiyyətli tədbirləri nəticəsində qanunsuz aksiyanın qarşısını alındı, iğtişaş iştirakçıları saxlanıldı.


"30 dəqiqə ərzində şəhərdə asayiş tam bərpa edildi. Hazırda hüquq mühafizə orqanları vəziyyətə tam nəzarətdə saxlayır. Əfsuslar olsun ki, pozucu niyyətlərini həyata keçirməyə çalışan radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov şəhid oldular. Bu gün Gəncə sakinləri matəm içindədirlər. Azərbaycanın müstəqilliyi, dünyəvilyi, sabitliyi uğrunda şəhid olan polis zabitlərimizi son mənzilə yola saldılar. Allahdan şəhidlərimizə rəhmət diləyir, ölkəmizdə stabilliyi pozmaq istəyən qüvvələri lənətləyirəm”.

N.Həmzəyev bildirib ki, vətəninə xalqına xəyanət edib terrora əl atanlar bilməlidirlər ki, ölkəmizə uzanan əllər mütləq kəsiləcək.

"Onlar Azərbaycan qanunları qarşısında mütləq cavab verəcək”.




İmza:

Putinin Bakı səfərinin proqramı açıqlandı

Azay Quliyev: "ATƏT mövcud vəziyyətə adekvat yanaşmır"

“Paşinyan küçə ilə Assambleya kürsüsünü qarışıq salıb” - PA rəsmisi

QARABAĞ XANLIĞININ 270 İLLİYİNİ QEYD ELƏMƏDİK

Azərbaycanla daha bir ölkə arasında diplomatik əlaqələr quruldu

AY ALLAH, BARI XOŞ XƏBƏRLƏ QAYIDIN

Azərbaycan XİN: “Ermənistanın bu təxribatçı addımı ağır fəsadlara yol aça bilər”

Zakir Həsənov İranın müdafiə nazirinin müavini ilə görüşüb

“Xalq Cümhuriyyəti ölkəmiz üçün çox vacib olan addımlar atdı”

Ölkə başçısı Avropa İnvestisiya Bankının vitse-prezidentini qəbul etdi - YENİLƏNİB

“Azərbaycan yoxsulluğu 5 faizdən aşağı endirən 29 ölkədən biridir”

Putin Bakıda Qarabağ məsələsini müzakirə edəcək

SON XƏBƏRLƏR
2018-09-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu,babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK