ANA SƏHİFƏ / İDMAN

“Neymar dedi ki, ayağını zərbədən qorumaq üçün belə edir” – Ronaldo

4952    |   2018-07-11 17:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Biz hamımız dünya çempionatında Neymardan daha artığını gözləyirdik. O, ölkənin əsas hücumçusudur, ondan gözləntilər böyükdür”.

Qol.az-ın məlumatına görə, bu sözləri Braziliya futbolunun canlı əfsanəsi Ronaldo "As” nəşrinə açıqlamasında deyib.

İkiqat dünya çempionu yığmanın lideri olan hücumçunun DÇ-2018-dəki zəif çıxışı haqda fikirlərini bildirib: "Ona mundiala köklənmək üçün nəsə mane oldu. Mən Neymarla hələ söhbət etməmişəm, amma aydın görünür ki, o, tam gücü ilə oynamır. Bilmirəm, bəlkə də zədə ilə bağlı ola bilər. Neymar gənc və istedadlıdır, üzərinə böyük məsuliyyət düşür".

Ronaldo Neymarın həddindən artıq simulyasiya etməsinə və bunun tənqidlə qarşılanmasına da münasibət bildirib: "Mən bu haqda onunla söhbət etmişəm. Mənə deyib ki, ayağını zədədən qorumaq üçün belə edir. Sosial şəbəkələrdə haqqında yazılanlara fikir verməməlidir”.


İmza:
SON XƏBƏRLƏR
2018-09-25
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK