adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Iyul 2018 17:41
8312
MƏMLƏKƏT
A- A+

Azərbaycanda 41 saxta din xadimi aşkarlanıb

Azərbaycanda son bir ildə 41 saxta din xadimi aşkarlanıb.

Adalet.az- xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədriMübariz QurbanlıAPA-ya açıqlamasında bildirib ki, 2017-2018-ci ilin may ayınadək komitənin Mərkəzi aparatı və bölgə əməkdaşları tərəfindən Azərbaycan İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələri ilə həmin şəxslər barəsində protokol tərtib edilərək müvafiq qərar çıxarılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Tərtib edilmiş protokollardan 35-i əsasında məhkəmə tərəfindən inzibati məsuliyyətə cəlb olunmaları barədə qərar çıxarılıb (1 protokol barəsində isə şifahi xəbərdarlıq olunub), 6-sına xitam verilib, həmin protokollar nəticəsində ayrı-ayrı şəxslərə ümumilikdə 52 950 manat cərimə tətbiq edilib.