ANA SƏHİFƏ / MƏMLƏKƏT

Saatlı və Sabirabadda fermerlər maarifləndiriliblər

2571    |   2018-07-11 17:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Saatlı və Sabirabad rayonlarında pambıq əkini ilə məşğul olan fermerlər və təsərrüfat sahibləri üçün maarifləndirici təlim keçirilib.

Adalet.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin rəisi Damət Sultanovun rəhbərliyi ilə baş tutan təlimdə pambıq sovkasına qarşı aparılan mübarizə tədbirlərinin hazırkı vəziyyəti, uçot-müşahidə işlərinin aparılması, sirayətlənmə dərəcəsinin müəyyən edilməsi, İqtisadi Ziyanvurma Həddi (İZH) anlayışının tətbiqi, sahələrdə aparılan mübarizə zamanı texniki təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı əyani məşğələlərin keçirilməsi və pestisidlərin tətbiqindən sonra əkin sahələrinin kənarlarına xəbərdaredici nişanların qoyulması kimi məsələlər müzakirə olunub.

Təlimdə Saatlı və Sabirabad rayonlarının kənd təsərrüfatı idarələrinin və "Aqrolizinq” ASC-nin mütəxəssisləri, fermerlər, təsərrüfat subyektlərinin rəhbərləri və yerli mütəxəssislər iştirak ediblər.

Tədbirin sonunda iştirakçılara həyata keçirilən tədbirlər zamanı texniki təhlükəsizlik qaydalarına əməl etmələri ilə bağlı müvafiq tövsiyələr verilib, pestisidlərin tərkib mexanizminə uyğun olaraq insanların sahələrə buraxılması müddəti ilə bağlı əyani vəsaitlər, bukletlər təqdim olunub və təlimatlarda göstərilən təhlükəsizlik tədbirlərinə riayət olunması istiqamətində fikir mübadiləsi aparılıb.





İmza:
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri təyyarə ilə Moskvaya uçur, yanında sarışın, qəşəng bir qız oturub. Zakir qıza deyir ki, yol uzaqdı, gəl növbə ilə bir-birimizə sual verək, sən tapmasan mənə 5 dollar verərsən, mən tapmasam sənə 500 dollar verərəm. Qız razılaşır. Zakir:
- Yerlə ayın arası neçə metrdi?
Qız deyir bilmirəm və çıxarıb 5 dollar verir. Sonra
- O kimdir ki, dağa üç ayaqla çıxır, dörd ayaqla düşür?
Zakir çox fikirləşir, dostlarına zəng vurur, cavabı tapa bilmir və qıza 500 dollar verir. Sonra soruşur ki, yaxşı doğrudan maraqlıdı, o kim idi?
Sarışın qız sakitcə çıxarıb Zakirə beş dollar verir və deyir, ki, heç mən də bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK