ANA SƏHİFƏ / MƏMLƏKƏT

AMEA-da yeni TƏYİNAT

3946    |   2018-07-11 17:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclasda Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə bağlı qərar qəbul edilib, Rəyasət Heyəti AMEA-da Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər planını təsdiq edib.

Rəyasət Heyətinin digər qərarı ilə akademik Vaqif Fərzəliyev Kimya Elmləri Bölməsinin akademik-katibi vəzifəsini icra edən təyin olunub.

İclasda AMEA-nın elmi bölmələrinin bürolarının yeni tərkibləri məsələsinə baxılıb. Bildirilib ki, hər bir bölmənin büro iclasında akademik-katiblərin müavinləri və büro üzvlüyünə seçkilər keçirilib, nəticələr Rəyasət Heyətini təqdim edilib. Müzakirələrdən sonra Rəyasət Heyəti Kimya Elmləri, Yer Elmləri, Biologiya və Tibb Elmləri, Humanitar Elmlər və İctimai Elmlər bölmələrinin bürolarının yeni tərkiblərini təsdiq edib.

Sonda kadr məsələsinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə riyaziyyat üzrə elmlər doktoru Rövşən Bəndəliyev AMEA professorlarının koordinasiya şurasının sədri təyin olunub.




İmza:
Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki alkaş uca binanın başına çıxır və söhbət edirlər. Alkaşın biri binadan aşağı baxır və deyir:
- Görəsən mən burdan aşağı tullansam, neçə günə yerə çataram?
O biri alkaş deyir:
- Bir həftəyə...
- Bəs görəsən ölərəm?
- Bəs necə, ölərəm də sözdüü? Bir həftə ac, susuz, araqsız yol gedirsən eee...




digər lətifələr
ARXİV
FACEBOOK