adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Iyul 2018 16:05
224700
SİYASƏT
A- A+

Növbəti Prezident seçkilərindən sonra, Azərbaycanın siyasi xəttinə ictimaiyyətin gözüylə baxış

Bu günlərdə işıq üzü görmüş "Tarixi şəxsiyyətlər” jurnalının növbəti sayı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həsr olunub. Səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyevin daxili və xarici siyasətinin müsbət göstəricisi olaraq, ölkədə müxtəlif sahələrdə çalışan şəxslər onun parlaq fəaliyyəti haqqında fikir bildirərək, təbriklərini çatdırıblar. 

Dünya çapında kifayət qədər böyük ictimai nüfuzu olan, cəsarətli və düşünülmüş fəaliyyəti ilə seçilən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən və onun yürütdüyü məqsədyönlu siyasətdən bəhs edən bu jurnalda müxtəlif dünya ölkələrinin rəhbərlərinin cənab İlham Əliyevə ünvanladıqları təbrik məktubları da yer alıb. Baş redaktor Xəlil Qarəhmədovun rəhbərliyi ilə çap olunan bu jurnalın ölkə əhalisi arasında siyasi və maarifləndirici əhəmiyyəti çox böyükdur. Millət vəkili, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov; YAP İcra katibinin müavini, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı; AHİK-in sədri, millət vəkili Səttar Möhbalıyev; Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayev; BMT yanında İnsan Hüquqlarını Müdafiə Departamentinin müşaviri, general-mayor Firdovsi Ələkbərov; Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin sədri, millət vəkili Cavid Qurbanov; Bakı Kooperasiya Universitetinin rektoru, millət vəkili Eldar Quliyev; Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin professoru Əli Həsənov; Bakı Avropa Liseyinin direktoru Aygün Mikayılova; Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov və bir sıra dövlət məmurlarının, ağsaqqal, ağbirçəklərin, müəllim, həkim və adi vətəndaşların ölkə Prezidenti haqqında söylədikləri fikirlər jurnalda yer alıb.