Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | "Messi Halldorssona qol vura bilməyibsə, biz vurarıq" - "Qarabağ"la oyundan əvvəl Adalet.az | "Messi Halldorssona qol vura bilməyibsə, biz vurarıq" - "Qarabağ"la oyundan əvvəl Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / İDMAN

"Messi Halldorssona qol vura bilməyibsə, biz vurarıq" - "Qarabağ"la oyundan əvvəl

3962    |   2018-07-11 15:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Olimpiya"nın yeni transferi Matiç Çrniç Sloveniya mətbuatına geniş müsahibə verib. Qol.az-ın məlumatına görə, sloveniyalı yarımmüdafiəçi Ağdam klubu ilə bu gün keçiriləcək oyun barədə də danışıb.

- Bu gün sizi vacib oyun gözləyir. Çempionlar Liqasının seçmə mərhələsində mübarizəyə "Qarabağ"la oyunla start verəcəksiniz. Bundan əvvəl oynadığınız "Riyeka", "Maribor" və Domjale" kimi klublardan kifayət qədər avrokubok təcrübəniz var. Bugünkü qarşılaşmada şansları necə dəyərləndirirsiniz?

- Şanslar bərabərdir. Əslində biz maliyyə imkanlarımızı onlarınkı ilə müqayisə edə bilmərik. Amma futbolda nəticə bu nöqteyi-nəzərdən müəyyənləşmir. Kim ən yaxşı günündədirsə, kim daha çox enerji sərf edəcəksə, o da qalib gələcək. Bilirik ki, bu, cütlük arasında ilk oyundur. Bizim hələ Bakıda cavab matçımız da var. Ona görə də Lyüblyanada olduqca ağıllı oynamalıyıq.

- İslandiya millisi ilə dünya çempionatında iştirak edən qapıçı Hannes Halldorsson da "Qarabağ"la birlikdə Lyüblyanaya gəlib...

- "Halldorssonun transferindən aydın olur ki, "Qarabağ"ın yüksək hədəfləri var və avrokuboklara ciddi yanaşır. Onların büdcəsi bu cür oyunçu almağa imkan verir. Messi ona qol vura bilməyibsə, biz vurarıq (gülür).

- "Olimpiya" ilə "Qarabağ" arasındakı oyun dünya çempionatının yarımfinal mərhələsinin Xorvatiya - İngiltərə matçı ilə eyni vaxtda başlayacaq. Bu, hər iki komandada çıxış edən xorvatiyalı futbolçular - Dina Ştiqleka və Filip Ozobiçə əlavə problem yaratmayacaq?

- Fikrimcə, oyunların eyni vaxtda keçirilməsi təəssüf doğurur. Eybi yox, oyundan sonra icmala baxarlar. Ya da finalı gözləyərlər (gülür).




İmza:
SON XƏBƏRLƏR
2019-02-16
2019-02-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nə olub belə, qanın qaradır?
- Oğluma bir cüt təzə ayaqqabı aldım və ona dedim ki, pilləkənləri çıxanda iki pillə-iki pillə çıxsın ki, ayaqqabı bir az çox getsin.
- Hə, nə baş verdi ki?
- Bu axmaq gör neyləyib, iki pillə əvəzinə üç pillə çıxıb şalvarını cırıb.




digər lətifələr
ARXİV
FACEBOOK