ANA SƏHİFƏ / MƏMLƏKƏT

Gəncədə şəhid polislər dəfn edilib - YENİLƏNİB

4843    |   2018-07-11 14:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşları ilə vida mərasimi başa çatıb.

Adalet.az APA-ya istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsində keçirilən mərasimdə daxili işlər nazirinin müavini Oruc Zalov, nazirliyin digər yüksək vəzifəli şəxsləri, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Vida mərasimi başa çatandan sonra Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov Gəncədəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.

***

Gəncədə iğtişaşların qarşısını alarkən şəhid olan polis əməkdaşları ilə vida mərasimi başlayıb.

Adalet.az APA-ya istinadən xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsində keçirilənmərasimdə daxili işlər nazirinin müavini Oruc Zalov, nazirliyin digər yüksək vəzifəli şəxsləri, Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edir.

Şəhid polislər Gəncədəki Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, ötən gün saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər.

Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.




İmza:

Bakı Meriyası “Qarabağ mitinqi”nə İCAZƏ VERDİ

Əmək münasibətlərinin rəsmiləşdirilməsi təşviq edilir

Qarabağ Komitəsi Bəyanat yaydı...

Laçınla Fransa şəhəri belə “qardaşlaşdı”... - Bəyanatbazların nəzərinə... +FOTOLAR

Nazirlikdən əhaliyə xəbərdarlıq - 2 gün ərzində...

“Kənd toyuqları”nın rənglənərək satılması ilə bağlı CİNAYƏT İŞİ AÇILDI

Faiq QİSMƏTOĞLU: HƏRƏKƏTİN TƏHLÜKƏSİZLİYİ TƏMİN EDİLSƏ…

Azərbaycanda yeni qurum yaradılır - QƏRAR

Leyla Əliyeva Romada “Azərbaycan otağı”nın açılışında iştirak edib - FOTO

Bu marşrut xətləri müsabiqəyə çıxarıldı

Azərbaycanda nikahlarının 5 ili tamam olmayanlar daha çox ayrılırlar

Monqolustan Prezidenti Heydər Əliyev Mərkəzində olub

SON XƏBƏRLƏR
2018-09-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu,babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK